Ziya Məmmədovun böyük iştahası...
3-08-2016, 10:39
Oxunub: 2 840
Nəqliyyat naziri Ziya Məmmədovun demək olar ki, bütün səlahiyyətləri əlindən alınsa da, özü vəzifədə saxlanıldı
Mətbuat bir müddət bu müəmmanı çözməyə çalışdı. Ortaya müxtəlif mülahizələr atıldı. Ziya Məmmədovun baş nazir olacağı, yaxud da baş nazirin müavini postuna təyinat alaraq nəqliyyat sahəsini kurasiya edəcəyi iddia edildi.
Amma Ziya Məmmədovun “vurulması” prosesindən bu yana ortaya atılan mülahizələr və iddiaların heç biri özünü doğrultmadı. Amma Ziya Məmmədovun portfelsiz nazir statusunda saxlanılmasının ciddi səbəbi var imiş.Redaksiyamıza daxil olan məlumata görə, bu, hakimiyyət komandasında yeni yapılanma ilə əlaqədardır. Yeni yapılanmaya konstitusiyaya dəyişikliklərlə bağlı sentyabrın 26-da keçiriləcək Referendumdan sonra start veriləcək. Qurulacaq düzəndə Ziya Məmmədova da rol ayrıldığı iddia edilir.(24saat)Məlumata görə, nəqliyyat naziri ölkənin vitse-prezidentlərindən biri ola bilər. Bildirilir ki, Ziya Məmmədovun iddiasız fiqur olması, mümkün qədər hakimiyyətdaxili ziddiyyətlərdən kənarda qalmağa çalışması, artıq əvvəlki kimi iqtisadi gücə malik olmaması onun vitse-prezidentlərdən biri olmaq şanslarını artırıb. Məlumatda deyilir ki, referendumdan sonra Nəqliyyat Nazirliyi ləğv edilməsi gözlənilir. Bununla bağlı artıq qəti qərar var. Nazirliyin yerdə qalan cüzi səlahiyyətləri müvafiq qurumlar arasında bölüşdürələcək.
Ziya Məmmədovun Türkiyənin yeni baş naziri Binəli Yıldırımla, Rusiya prezidenti Vladimir Putinin köməkçisi İqor Levitinlə sıcaq münasibətlərinin olması da hakimiyyətin ideoloqlarının diqqətindən yayınmayıb. Bundan başqa, Ziya Məmmədov ABŞ prezidentliyinə namizəd Donald Trampla da işgüzar əlaqələrə malikdir.
Bütün bunlar nəqliyyat nazirini yeni görəvə yaxınlaşdıran mühüm amillərdir.
Bəzi iddialara görə, Ziya Məmmədov yaxın ətrafına da bu aylarda yeni vəzifəyə təyin olacağını pıçıldayıb. Bu iddia doğrudursa, o zaman Ziya Məmmədovun özü ilə bağlı planlardan xəbərdar olduğunu söyləmək olar. Bəlkə də elə bu səbəbdən mətbuat nəqliyyat nazirini bir müddət unutmaq istəyir…
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər