BolgeXeber.Com » Xəbərlər » 138 saylı orta məktəbdə bazar qanunları

138 saylı orta məktəbdə bazar qanunları

3-08-2016, 12:20
Oxunub: 12 893 138 saylı orta məktəbdə bazar qanunları Mirfaiq Mirheydərli bu təhsil müəssisəsini tamamilə “özəlləşdirib”

Bu gün respublikamızda fəaliyyət göstərən orta məktəblərin hamısında, demək olar ki, oxşar problemlər yaşanmaqdadır. Obyektiv şəraiti düzgün qiymətləndirdikdə məktəb direktorlarını da sərt şəkildə qınağa çəkmək heç də düzgün olmazdı. Bir tərəfdən nazirliyin “novatorluğuna” digər tərəfdən isə icra hakimiyyətinin “konservativlivliyinə loyal münasibət göstərmək məcburiyyətində qalan direktor hər iki tərəfin razılığını qazanmaq üçün dəridən-qabıqdan çıxır. Nazirlik öz şərtlərini irəli sürməklə yanaşı, düzgünlüyə dəvət etdiyi halda icra başçısı da təmannalı tələblər irəli sürməklə direktoru qanunsuz işlərə qurşanmağa sövq edir. Beləliklə məktəb direktorunun ətrafında sanki bir “çəngəl” əmələ gəlib və belə vəziyyətdən düzgün istifadə etmək bir sıra subyektiv amillərdən asılıdır. Təəssüflər olsun ki, bu cür şəraitdə bəzi direktorlar bütün manevrləri layiqincə yerinə yetirdikdən sonra özləri də külli miqdarda qazanc əldə etmək həvəsinə düşürlər. Təbii ki, belə direktoru nə şagird, nə də təhsilin inkişafə qətiyyən maraqlandırmır. Bu cür şəxsləri “biznes-direktor” kimi də səciyyələndirmək olar. Bu cür “işbaz” direktorlardan biri də Xətai rayonunda yerləşən 138 saylı tam orta məktəbin direktoru Mirfaiq Mirheydərlidir. Irevan-press.com-a sözü gedən məktəbdə təhsil alan bir neçə şagirdin valideynləri tərəfindən şikayət xarakterli müraciətlər daxil olmuşdur. Müraciətlərə əsasən 138 saylı məktəbdə özbaşınalıq hökm sürür. Direktorun tapşırığı ilə ötən dərs ilində şagirdlərdən həftə səkkiz-mən doqquz cürbəcür bəhanələrlə pul yığılırdı. Valideynlər bildirirlər ki, tətillər başlayandan bir az canları rahatlanmışdı. Lakin Mirfaiq müəllim bu müvəffəqi rahatlığı da onlara çox görür. Artıq indidən sinif rəhbərləri şagirdlərin evlərinə zəng edərək yeni dərs ili üçün “hazırlıqlı” gəlmələrini tələb edirlər. Məktəb daxili mənbəmizdən aldığımız xəbərə görə, Mirfaiq müəllim şagirdlərlə yanaşı, məktəbin müəllimlərini də “ülgücün altına verir”. Yeni dərs ilini dərs saatlarının bölgüsünü indidən aparan F.Mirheydərli məktəbin pedaqoqları qarşısında öz təmənnalı şərtlərini qoyaraq, onları iradəsinə tabe etdirir. Beləliklə hər yeni dərs ilinin əvvəlində “soyulub soğana dönən” müəllimlər hikkələrini şagirdlərin üstünə tökürlər. Mənbəmiz qeyd edir ki, bütün bunlarla kifayətlənməyən Mirfaiq müəllim üstəlik məktəbə yeni şagirdlər qəbul etmək üçün də rüşvət alır. Növbəti məqaləmizdə direktor Mirheydərlinin çıxdığı başqa hoqqalardan da bəhs edəcəyik. Təbii ki, qarşı tərəfi də dinləməyə hazırıq.