"Yəqin ki, onu yazan jurnalist…" - Hacı İbrahimdən kreativ cavab
3-08-2016, 15:15
Oxunub: 3 709
Azərbaycanın tanınmış iş adamı hacı İbrahim Nehrəmli rəhbəri olduğu "Avesta" konserninin Teymur Əliyev küçəsindəki dəbdəbəli binasının otelə çevrilməsi barədə mətbuatda yayılan məlumatlara münasibət bildirib
Bolgexeber.com bildirir ki, iş adamı İ.Nehrəmli ölkə.az-a açıqlamasında deyib ki, yayılan məlumatlar tamamilə yalandır.
İş adamı bu barədə xəbər yayanlara zarafatla cavab da verib:
"Bu barədə məlumatı bu gün qəzetdə oxudum. Əslində, bu, çox yaxşı ideyadır. Yəqin ki, onu yazan jurnalist də bu xəbəri hazırlayanda, mənə yaxşı ideya vermək istəyib. Gərək mən də "Avesta" Konserninin binasını otelə çevirim. Bu, yaxşı ideyadır, gələcəkdə bunu nəzərə alaram (gülür - red)".
İ.Nehrəmli "Avesta" Konserninin binasını heç zaman otelə çevirmək fikrində olmadığını bəyan edib:
"Hər gün bu binaya gedib-gəlirəm, bura mənim əsas ofisimdir. Mən oranı necə otel edə bilərəm? Ümumiyyətlə, mənim heç bir otelim yoxdur, otelçilik biznesinə girişməmişəm. Bu sahədə fəaliyyət göstərməmişəm. Ancaq gələcəkdə "Xəzər adaları" layihəsində 2 otelin açılması nəzərdə tutulur. Həmin otelləri hələ tam bitirə bilməmişik. Yaxın illərdə "Xəzər adaları"nda inşa edilən 2 otelin açılışı gözlənilir".
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər