BolgeXeber.Com » Xəbərlər » Xocasən bələdiyyəsi maklerlərin arxasında gizlənir

Xocasən bələdiyyəsi maklerlərin arxasında gizlənir

3-08-2016, 15:26
Oxunub: 2 757 Xocasən bələdiyyəsi maklerlərin arxasında gizlənirSənədlərin saxtalaşdırılması və torpaqların qanunsuz zəbt olunaraq satılması Anar Abbasovun fəaliyyətini səciyyələndirən əsas məqamlardır

Artıq bir neçə müddətdir ki, redaksiyamıza daxil olan məlumatlarda Bakının Binəqədi rayonu, Xocasən bələdiyyəsinin yarıtmaz fəalıiyyətindən, bələdiyyə sədri Anar Abbasovun həyata keçirdyi müxtəlif maxinasiyalarından çoxsaylı şikayətlər öz əksini tapmaqdadır. Aldığımız məlumatlar əsasında qəzetimizin 23.07.2016-cı il tarixli sayında “Xocasən bələdiyyəsində torpaq maxinasiyaları” sərlövhəli tənqidi material da dərc olunmuşdu. Yazıda qeyd olunmuşdu ki, bizimdovr.az-a təqdim olunan açıqlamalarda yerli sakinlər ilk növbədə Anar Abbasovun həyata keçirdiyi torpaq maxinasiyalarına dair öz narazılıqlarını bildirirlər. Bu arada belə bir məqamı vurğulamaq lazımdır ki, bu gün xüsusilə məhz Binəqədi rayonu ərazisində fəaliyyət göstərən bir çox bələdiyyələr torpaq spekulyasiyaları ilə vətəndaşlara, yerli sakinlərə qarşı kifayət qədər ciddi hüquq pozuntularına yol verməkdədirlər. Belə ki, özlərini sığortalamaq məqsədilə, bələdiyyə sədrləri bu maxinasiyaları xüsusi seçilmiş maklerlərin vasitəsilə həyata keçirirlər. Sonuncular isə, öz növbələrində torpaq ərzilərini vətəndaşlara plansız şəkildə, öz maraqlarına uyğun formada elə “kəsib” satırlar ki, nəticədə bir çox evlər yola və digər kommunikasiya xətlərinə çıxışsız vəziyyətdə qalırlar. Bu isə, yeni qonşular arasında narazılıqlara, bəzən isə, hətta dava-dalaşa da gətirib çıxarır. Bələdiyyələr isə, bütün bu hadisələrin kökündə durduqları halda, sanki kənar izləyici qismində qalırlar. Aldığımız məlumatlara görə, bu gün Xocasən bələdiyyəsi də eynilə bu taktika əsasında fəaliyyət göstərməkdədir. Köhnə tarixlə imzalanmış sənədlərin saxtalaşdırılması, formal hərracların təşkili, torpaqların qanunsuz zəbt olunaraq satılması və bütün digər qanun pozuntuları Anar Abbasovun da fəaliyyətini səciyyələndirən əsas məqamlar kimi çıxış edirlər. Mövzuya dair dərc etdiyimiz keçən yazıda da biz göstərmişdik ki, bu gün bir çox qəsəbə və kəndlərdə bələdiyyələrin fəaliyyəti dövrü olaraq ətraf ərazilərdə bir neçə ağac və kol bitkilərinin əkilməsi, məhdud metrajlarda asfalt örtüyünün təzələnməsi ilə məhdudlaşır. Bəzi yerlərdə isə ümumiyyətlə bu qurumların mövcudluğu yalnız növbəti seçki dövründə müşahidə olunur. Bu kimi hallar fəaliyyətsizlik və yaxud qeyri-effektiv fəaliyyət kimi qiymətləndirilr. Təbii ki, bələdiyyələr yaradılanda əhali bu qurumlardan tam fərqli nəticələr gözləyirdi. Digər tərəfdən isə, elə Xocasən bələdiyyəsinin fəaliyyətində müşahidə olunduğu kimi, bu yerli özüniidarəetmə qurumlarına sırf şəxsi mənafeləri baximından yanaşmalar da az deyil. Bəzən hər hansısa bir bələdiyyə rəisi ərazidə təmir bərpa işlərinin, abadlaşdırmanın aparılması, sosial-məişət problemlərinin həlli üçün lazımi vəsaitin olmadığından şikayətlənir. Eyni zamanda həmin məmur elə sakinlərin gözü qarşısındaca gündən-günə varlanır, ev, avtomobil, villa sahibinə çevrilir. Aldığımız digər bir açıqlamada isə vurğulanır ki, Anar Abbasov ümumiyyətlə fəaliyyət dairəsini son dərəcə məhdudlaşdıraraq, yalnız ərazi torpaqlarının satışı ilə məşğul olmaqla kifayətlənir. Məlumatlarda bildirilir ki, Xocasən bələdiyyəsinin sədri Anar Abbasovun imzası ilə eyni torpaq sahələrinin iki və daha çox şəxsə satılması kimi hallar dəfələlə baş verib. Mənbənin deməyinə görə, sonradan yaranan anlaşılmazlıqlar həmin torpaqlarda sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən vətəndaşlar üçün həlli müşkülə düşmüş müxtəlif problemlərə səbəb olmuşdur...bizimdovr.az

Məsələyə qarşı tərəfin də münasibətini öyrənməyə hazırıq.