“AZAL”-da vəzifəli şəxslərə cinayət işi qaldırılmalıdır – EKSPERT
4-08-2016, 09:33
Oxunub: 2 768
Qurumun hesabatında bildirilib ki, AZAL maliyyə intizamına əməl etməyib
Bu yaxınlarda Hesablama Palatası “Azərbaycan Hava Yolları” QSC-də ( AZAL) Vergilər Nazirliyi ilə birgə apardığı yoxlamanın nəticələrini açıqlayıb. Yoxlama 2011-2013-cü illərdə AZAL-ın gəlirlərinin hesablanılması, dövlət büdcəsinə ödənilməsi və dövlət əmlakından istifadə olunması vəziyyət ilə bağlı aparılıb. Savash.org məlumatına görə, audit müəyyən edib ki, aviaşirkətlərə reaktiv yanacaq satışı zamanı vergi rejimi pozulub, dövlət büdcəsinə mənfəət vergisi az hesablanıb.
Eyni zamanda, rezident hüquqi şəxslərə verilən reaktiv yanacaq məhsulları üzrə dövriyyələr əlavə dəyər vergisinə cəlb edilməyib. Bir sıra alışlar zamanı öhdəliklərin yerinə yetirilmədiyi, tutulan vergilərin dövlət büdcəsinə ödənilmədiyi bəlli olub. Palata dövlət əmlakının saxlanması və istifadə olunmasında da ciddi pozuntular aşkarladığını açıqlayıb. Qurumun hesabatında bildirilib ki, AZAL maliyyə intizamına əməl etməyib.
Qeyd edək ki, yoxlama zamanı AZAL-dakı bəzi nöqsanlar aradan qaldırılıb. Həmçinin, nöqsanlara yol vermiş vəzifəli şəxslərin məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilib.
Audit yoxlamalarının dövlət orqanlarının tapşırığı ilə məcburi qaydada və könüllülük əsasında həyata keçirildiyini vurğulayan iqtisadçı ekspert Vüsalə Əhmədova Savash. org-a açıqlamasında səhmdar cəmiyyətləri, xarici investisiyalı müəssisələr, banklar və digər kredit təşkilatları, sığorta təşkilatları, məhdud məsuliyyətli cəmiyyətlər, investisiya fondları, maliyyə-sənaye qrupları üzrə auditin məcburi olduğunu deyib. Onun sözlərinə görə, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti (AZAL) tərəfindən dövlət büdcəsinin gəlirlərinin hesablanılması və dövlət büdcəsinə ödənilməsinin, eləcə də dövlət əmlakından istifadə olunmasının qanunvericiliyə uyğunluğu ilə bağlı Hesablama Palatasının apardığı müvafiq audit yoxlamalarının nəticələri barədə hesabat Azərbaycan Respublikası Milli Məclisinə təqdim edilməli, cinayət əlamətləri aşkar edilərsə bu nəticələr üzrə müvafiq materiallar isə Azərbaycan Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinə göndərilməlidir:
"Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununa əsasən maliyyə xarakterli tələblərin pozulmasına görə vəzifəli şəxslər və ya vəzifə tutmaq istəyənlər qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilir, həmçinin vəzifəli şəxslərin intizam məsuliyyətinə cəlb olunmasına səbəb ola bilər. Hüquqpozmalara görə isə vəzifəli şəxslər üçün qanunvericiliklə müəyyən edilmiş qaydada intizam, mülki-hüquqi, inzibati və ya cinayət məsuliyyəti nəzərdə tutulub. Qanununda nəzərdə tutulmuş hüquqpozmaların törədilməsi inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda isə xüsusi hallara riayət edilməklə qanunvericiliklə müəyyən edilmiş qaydada intizam məsuliyyətinə səbəb olur”.
Bildirək edək ki, ekspert Hesablama Palatasının AZAL-da apardığı audit yoxlamalarının nəticələrinin ictimaiyyətə hələlik açıqlanmadığını deyib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər