BolgeXeber.Com » Xəbərlər » Saleh Məmmədovun iş yarıtmaz kadrı - Vasif Məmmədov

Saleh Məmmədovun iş yarıtmaz kadrı - Vasif Məmmədov

4-08-2016, 17:29
Oxunub: 3 698 Saleh Məmmədovun iş yarıtmaz kadrı - Vasif Məmmədov8 saylı Yol Yaşıllaşdırma MMC-nin rəhbəri Vasif Məmmədovun adı müxtəlif maxinasiyalarda hallandırılır

Məlum olduğu kimi, yaşıllıqların mühafizəsi, yeni-yeni ağacların əkilməsi, meşələrin salınması, onların qorunması ümummilli lider Heydər Əliyevin daim diqqət göstərdiyi sahələrdən idi. Ulu öndər yaşıllıqlara qənim kəsilənlərə dəfələrlə kəskin surətdə öz sözünü demişdi. Prezident İlham Əliyev də bununla bağlı həmişə qəti mövqeyini bildirir və sistemli surətdə iş aparır. Bu yaxınlarda qəbul olunmuş "Yaşıllıqların mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanunu da məhz həmin ardıcıl xəttin davamıdır. Qanun yaşıllıqların mühafizəsi ilə əlaqədar münasibətləri tənzimləyir, bu sahədə dövlətin, bələdiyyənin, fiziki və hüquqi şəxslərin hüquq və vəzifələrini aydın şəkildə müəyyən edir. Bu qanunun əhatə dairəsi genişdir. Meşə fondu torpaqlarındakı, xüsusi mühafizə olunan obyektlərdəki və şəxsi mülkiyyətlərdəki, habelə əkin sahələrindəki bitkilər istisna olunmaqla, ölkə ərazisindəki bütün yaşıllıqlara şamil olunur. Araşdırmalar göstərir ki, «Azəravtoyol» ASC-nin nəzdində fəaliyyət göstərən bəzi müəssisələr bu sahədə üzərlərinə düşən işi layiqincə həyata keçirə bilmirlər. Redaksiyamıza 8 saylı Yol Yaşıllaşdırma MMC-nin fəaliyyətindəki neqativ hallarla bağlı maraqlı məlumatlar daxil olub. İlk öncə isə bildirmək istəyirik ki, Tovuzdakı 8 saylı Yol Yaşıllaşdırma MMC Şəmkir, Tovuz və Gədəbəy rayonlarına xidmət edir. 281 kilometr respublika əhəmiyyətli yollara baxır. MMC-nin rəhbəri isə Vasif Məmmədovdur. Bizə çatan məlumatlara görə, Bakı-Ələt-Qazax-Gürcüstan avtomobil yolunun Şəmkir, Tovuz, Gədəbəy ərazisindən keçən hissəsinə xidmət göstərən 8 saylı Yol Yaşıllaşdırma MMC-nin fəaliyyəti müsbət qiymətləndirilmir: «İdarənin funksiyalarına ağacların əkilməsilə yanaşı budama, xəstəliklərə və ziyanvericilərə qarşı profilaktik tədbirlərin görülməsi və sairə vəzifələr aiddir. Vasif Məmmədovun özbaşına əməlləri ucbatından idarə hazırda bu vəzifələrin öhdəsindən gələ bilmir. 8 saylı Yol Yaşıllaşdırma MMC-nin resurs və potensialından məqsədyönlü şəkildə, qarşıya qoyulmuş vəzifə və tapşırıqların yerinə yetirilməsi üçün səmərəli istifadə olunmur. Yerinə yetirilmiş kimi göstərilən işlərin həcmini ifadə edən rəqəmlər əslində xeyli şişirdilir. Deyilənə görə, bütün bu işlərin həyata keçirilməsində Vasif Məmmədovla yanaşı idarənin mühasibi Şirməmməd adlı şəxs də həlledici rol oynayır. Ştatda olan 100 nəfərdən artıq işçinin yarısından çoxu işə çıxmır. Soruşana deyirlər ki, sahələrə ezam olunublar. Əslində isə bu ştatlarda "ölü canlar” saxlanılır. Onlara məxsus maaş kartları ilə məvaciblərini yerli bankomatlardan kimin çıxardığını öyrənmək də mümkündür. Hərçənd bu, daha çox hüquq-mühafizə orqanlarının işidir. MMC rəhbəri iş yerlərini hərraca çıxarıb. Belə ki, o, mütəmadi olaraq idarənin işçilərini heç bir ciddi səbəb olmadan, əsassız bəhanələrlə işdən çıxarır və onların yerinə başqalarını təyin edir. Rəis həm də idarənin su maşınlarını fərdi sifarişlər əsasında əlavə işə göndərir. İşçiləri onlara aid olmayan işlərdə çalışdıraraq bunun müqabilində sifariş verən sahibkarlardan külli miqdarda pul alır və həmin pulu da özü götürür». Daxil olan məlumatlarda həmçinin bildirilir ki, Vasif Məmmədov barəsində bəzi mətbuat vasitələrində yayımlanan yazılardan sonra möhkəm narahat olmağa başlayıb. Və özünə yaxın saytlardan biri vasitəsilə müdafiə taktikasına keçib. Biz isə hörmətli MMC rəhbərinə demək istəyirik ki, ən yaxşı müdafiə düzgün işləməkdir. Ümidvarıq ki, ASC sədri Saleh Məmmədov işinə biganə münasibət göstərən və vəzifəsinə qazanc mənbəyi kimi baxan Vasif Məmmədovun barəsində tezliklə bir tədbir görəcək.Rublika.az