Tanınmış rəqqasənin qızının üzü "Dalğa Beach"istirahət mərkəzində yarıldı - ŞOK
4-08-2016, 17:48
Oxunub: 3 444
Bir neçə dəqiqə bundan öncə Xəzər dənizinin Mərdəkan sahillərində yerləşən "Dalğa Beach" aqua parkında üzücü hadisə baş verib
Bolgexeber.com primetime.az-a istinadən xəbər verir ki, belə ki, övladları ilə birlikdə sözügedən məkanda istirahət edən Renka təxəllüslü rəqqasə Rəna Ağamuradovanın qızı Namilə attraksionların birində zədə alıb. Hadisə barəsində rəqqasə oxucularımızı özü məlumatlandırdı:
"Hovuza düşən qızımı kimsə arxadan itələyib. Qışqırığının səsini eşidib, ona köməyə qaçdım. Qızımı üzü yarılmış vəziyyətdə görəndə mən də özümü saxlaya bilməyib var gücümlə qışqırıb, ətrafdakılardan həkim çağırılmasını istədim. Olduqca bahalı olan bu məkanda cəmi bir həkim çalışır. O da qızıma heç bir yardım göstərə bilmədi. Namiləni özüm xəstəxanaya çatdırdım. İndi üzünə tikiş vurulacaq.
Amma "Dalğa Beach"in rəhbərliyindən polisə şikayət edəcəm. Lazım gələrsə, məhkəməyə gedəcəm. Bu məkanın mühafizə xidməti hara baxır? Kim-kimi istəsə, itələyəcək, mühafizəçilər də görməzdən gələcək? Kifayət qədər pul ödədiyimiz bir məkanı, bu qədər nəzarətsiz qoymaq olmaz".
Baş verən hadisə ilə bağlı ittiham edilən məkanın rəhbərliyinin münasibətini də öyrənməyə çalışırıq.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər