Mərcə girərək 532 bal yığan fəhlə - Universitetdən imtina etdi
5-08-2016, 09:30
Oxunub: 3 114
Qəbul imtahanı ərəfəsində dostu ilə 100 manatdan mərcə girən və 532 bal toplayan sumqayıtlı fəhlə İbrahim Qəhrəmanov universitet seçməkdən imtina edib
Bolgexeber.com xəbər verir ki, “Sədərək”də işləyən gənc AzVision.az-a açıqlamasında hazırda iki diplomu olduğunu qeyd edib:
“2007-2011-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsində təhsil almışam. Həmçinin paralel olaraq Türkiyə universitetlərindən birinin diplomunu almışam. 4 illik təhsili başa vurduqdan sonra bank sektorunda çalışdım. Daha sonra çalışdığım bankdan rayonlardan birinə ezam olunmağımı istədilər. Ona görə də işimdən imtina etdim. Bir müddət işsiz qaldım. Amma sonradan fəhlə işləmək qərarına gəldim. Hazırda fəhlə işləyirəm”.
Belə yüksək nəticə göstərən gənc bildirib ki, hansısa bir universiteti seçmək planı yoxdur:
“Oxumayacağamsa hansısa yerdə seçim edib bir gəncin yolunu bağlamaq istəmirəm. Maddi sıxıntı baxımından təhsili davam etdirməyəcəyəm”. İ.Qəhrəmanov maddi köməklik olunsa da belə təhsilini davam etdirmək istəmir. O, öz ixtisasına uyğun işlə təmin olunmasını istəyir.
Qeyd edək ki, İbrahim Qəhrəmanov əslən Qubadlı rayonundandır, 1993-cü ildən Sumqayıtda köhnə mehmanxanada məskunlaşıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər