BolgeXeber.Com » Xəbərlər » Akif Çovdarov özünü asıb?

Akif Çovdarov özünü asıb?

5-08-2016, 16:02
Oxunub: 3 140 Akif Çovdarov özünü asıb?“Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun intihar etməsi ilə bağlı xəbər həqiqəti əks etdirmir”

Bu açıqlamanı Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov verib.

Qeyd edək ki, bəzi KİV Akif Çovdarovun Kürdəxanıda yerləşən 1 saylı Bakı İstintaq Təcridxanasında bir neçə gün öncə intihara cəhd etməsi barədə xəbər yayıb. Xəbərdə bildirilir ki, sabiq general kamerasında asılmış vəziyyətdə aşkarlanıb və dərhal xəstəxanaya yerləşdirilib. Məlumatda o da qeyd olunur ki, hadisə Kürdəxanı təcridxanasına yeni rəis təyin olunan gün baş verib.
Bolgexeber.com