Deputat Rüfət Quliyev faizə pul verir?
6-08-2016, 11:25
Oxunub: 3 296
Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Rüfət Quliyev faizə pul verib
Üstəlik bu qanunsuz əməlini rəsmiləşdirib. Belə ki, o, 2011-ci ildə it-pişiklər üçün yem satan şəxslə tanış olub. Namiq adlı şəxs deputatın itlərinə Avropdan 1-2 dəfə pulsuz yem gətirəndən sonra biznesini böyütmək üçün pul axtardığını deyib. Deputat Rüfət Quliyev 10 faizlə Namiq adlı şəxsə ilkin olaraq 30 min dollar verib. Pulların faizinin ödənilməsi vaxtı iş adamı deputata təklif edib ki, 30 min dolların faizlərini ondan almasın. O da həmin faizləri əsas məbləğin üstünə qoysun və faizlərin də faizini deputata ödəsin. Bu barədə istiqlal.az-a etibarlı mənbələrdən məlumat daxil olub. Bir neçə il belə davam edib. Ardınca Namiq adlı şəxs deputatdan əlavə olaraq 40 min dollar faizə pul alıb. Bu dəfə deputata deyiblər ki, ondan faizə pulu xaricdən ölkəyə xüsusi təyinatlı geyimlər gətirmək üçün alırlar. 2014-cü ilə qədər deputatın verdiyi pullar faizi ilə birgə bir neçə yüz min dolları aşıb. İş o yerə çatıb ki, deputat itləri üçün gətirilən pulsuz yemi qəbul etməyib, əvəzində pullarını tələb edib. 1-2 ay ərzində faiz və pul davası son həddə qədər qızışıb. Lakin deputat 2011-ci ildə veridyi pulların faizlərini ala bilməyib. Deputat faizlərin hesablanmasını dayandırıb, deyib ki, ona sadəcə 2014-cü ilə qədər yığılan faizləri və əsas məbləği versinlər, məsələ bitsin. 2015-ci ildə baş verən ardıcıl devalivasiyalardan sonra Rüfət Quliyev daha tez-tez Namiqi narahat etməklə pulunu istəyib. Deputatın telefon zənglərindən bezən Namiq adlı şəxs telefonu söndürüb. Rüfət Quliyev bir neçə dəfə sürücüsünü Namiqin evinə göndərməklə telefonları açmasını və pulların ödənilməsini tələb edib. Deputatın tələbləri bu günə qədər nəticəsiz qalıb. Daxil olan məlumata görə, Rüfət Quliyev pullarının geri qaytarılmayacağını yəqinləşdirdikdən sonra tanınmış vəkillərdən biri ilə müqavilə bağlayıb və məhkəməyə baş vurub. Məlumatda qeyd olunur ki, bütün rəsmi sənədlərdə Rüfət Quliyev iddiçı kimi çıxış edib. Maraqlıdır ki, o, məhkəməyə müraciət edərkən faizə pul verilməsinin qanunsuz olduğunu, deputat fəaliyyəti ilə bir araya sığmadığını, qanunverici orqanın adını ləkələyən hərəkət olmasını nəzərə almayıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər