BolgeXeber.Com » Xəbərlər » İran Prezidenti Həsən Ruhani Azərbaycana rəsmi səfərə gəlib – FOTO

İran Prezidenti Həsən Ruhani Azərbaycana rəsmi səfərə gəlib – FOTO

7-08-2016, 14:01
Oxunub: 2 353 İran Prezidenti Həsən Ruhani Azərbaycana rəsmi səfərə gəlib – FOTOAvqustun 7-də Azərbaycan Respublikasına rəsmi səfərə gələn İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin rəsmi qarşılanma mərasimi olub

Bolgexeber.com xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda İran Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidenti İlham Əliyevə raport verdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhanini qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi İran Prezidentinə raport verdi. İranın və Azərbaycanın dövlət himnləri səsləndi.

Prezident İlham Əliyev və Prezident Həsən Ruhani fəxri qarovul dəstəsinin qarşısından keçdilər. İran Prezidenti Azərbaycan əsgərlərini salamladı.

Azərbaycanın dövlət və hökumət nümayəndələri Prezident Həsən Ruhaniyə, İran nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında prezidentlərin qarşısından keçdi.

Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Həsən Ruhani rəsmi foto çəkdirdilər.

10:47

İran İslam Respublikasının Prezidenti Həsən Ruhani avqustun 7-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Bolgexeber.com xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

İran Prezidenti Həsən Ruhanini hava limanında Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşıladılar.
İran Prezidenti Həsən Ruhani Azərbaycana rəsmi səfərə gəlib – FOTO
İran Prezidenti Həsən Ruhani Azərbaycana rəsmi səfərə gəlib – FOTO
İran Prezidenti Həsən Ruhani Azərbaycana rəsmi səfərə gəlib – FOTO