Adil Vəliyev sahibkarlara divan tutur
8-08-2016, 11:24
Oxunub: 3 023
“İcra hakimiyyətinin əməkdaşları bizə məxsus avtomaşınları qeyri-qanuni olaraq, hətta səbəb göstərilmədən tutub qoyublar içəri"
Prezident İlham Əliyev az qala keçirdiyi hər müşavirədə, rayonlara səfərləri zamanı iştirak etdiyi açılışlarda sahibkarlığın inkişafı üçün hər cür dəstək verdiyini bəyan edir, sahibkarlığın qarantı olduğunu dönə-dönə vurğulayır.
Amma məmur özbaşınalığı hədd tanımadığından bir çox hallarda dövlət başçısının müvafiq tapşırıqları gözardı edilir, cəzasızlıq mühitindən xymarlanan məmurlar ordusu rəhbərlik etdikləri rayonlarda, nazirlik, komitə və şirkətlərdə “balaca padşahlar” kimi davranaraq vətəndaşa da zülm edirlər, sahibkara da.
Elə Moderator.az – a Sabunçu rayonu icra hakimiyyətindən fəryad edən bir qrup sahibkar da prezident İlham Əliyevdən kömək istəyirlər, üzləşdikləri məmur özbaşınalığına adekvat addımlar atılacağını gözləyirlər:
“İcra hakimiyyətinin əməkdaşları bizə məxsus avtomaşınları qeyri-qanuni olaraq, hətta səbəb göstərilmədən tutub qoyublar içəri. İyulun 24-25-dən bizə məxsus “KAMAZ” və “MAZ” markalı avtomobilləri zorakılıqla əlimizdən alaraq aparıb icra hakimiyyətinin qarajına yığıblar. Biz həmin maşınlarla müxtəlif tikintilərdən söküntü, eyni zamanda torpaq daşıyırdıq və ailəmizin başqa yerdən qazancı olmadığından 15 gündür ki, bir parça çörəyə möhtac qalmışıq. Sürücülərdən bəzisinin gecə saat 3-də yük daşıdığı zaman qabağını kəsib maşından düşürüb döyüblər, sonra özləri maşına oturub aparıb salıblar qaraja. Biz bununla bağlı hüquq-mühafizə orqanlarına şikayət etsək də hələ ki, hər hansı tədbir görülməyib.
Ona görə də sabahdan Prezident Administrasiyasının qarşısına toplaşıb orada sabunçu İcra hakimiyyətinə etirazımızı bildirəcəyik, dövlət başçısının sahibkarlarla bağlı göstərişlərini, tapşırıqlarını sabotaj edənlərin cəzalandırılmasını tələb edəcəyik”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər