Referendum bülletenlərinin çapına başlanılıb
8-08-2016, 12:34
Oxunub: 2 934
Azərbaycan Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsi (referendum) ilə əlaqədar bu gün Milli Məclisin mətbəəsində səsvermə bülletenlərinin çapına başlanıb
Bu barədə məlumat Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən verilib.
Məlumatda bildirilir ki, tədbirdə Komissiyanın (MSK-nın) sədri Məzahir Pənahov və qurumun üzvləri iştirak edərək səsvermə bülletenlərinin çap olunması prosesi ilə yaxından tanış olublar.
M.Pənahov bildirib ki, referendumla bağlı səsvermə bülletenlərinin mətni, forması, say və hazırlanma qaydalarına dair tələblər MSK tərəfindən müəyyənləşdirilib və 5 milyon 280 min 924 ədəd bülleten çap olunması qərara alınıb.
Səsvermə bülletenləri çap olunaraq qanunvericiliklə müəyyən olunmuş qaydada və müddətdə MSK-dan dairə seçki komissiyalarına və oradan isə məntəqə seçki komissiyalarına veriləcək. Eyni sayda bildiriş də çap olunacaq.
M.Pənahov bildirib ki, ilkin olaraq bülletenlər ucqar dairələrə göndəriləcək.
Bülletenlərin çapı prosesinin mühafizəsi Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən həyata keçirilir.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər