BolgeXeber.Com » Xəbərlər » Ceyranbatan bələdiyyə sədri icra başçısının adından rüşvət yığır – HƏRƏYƏ 20 MİN MANAT, YOXSA…

Ceyranbatan bələdiyyə sədri icra başçısının adından rüşvət yığır – HƏRƏYƏ 20 MİN MANAT, YOXSA…

8-08-2016, 16:26
Oxunub: 4 920 Ceyranbatan bələdiyyə sədri icra başçısının adından rüşvət yığır – HƏRƏYƏ 20 MİN MANAT, YOXSA…Abşeron rayonu, Ceyranbatan qəsəbəsinin sakinləri bələdiyyə sədrindən narazılıq edir

Azerinews.tv-yə müraciət edən yerli sakinlər yaşadıqları qəsəbədə bələdiyyə sədrinin özbaşınalıq və korrupsiya halına yol verdiyindən şikayətlənlənirlər.

Dərdlərini müxbirimizə danışan şikayətçilər deyib ki, Ceyranbatan bələdiyyəsinin sədri Cavanşir Zeynalov öz vəzifəsindən sui-istifadə edərək satılması qadağan olunan torpaqları hərrac yolu ilə qəsəbədə yaşayan qohumlarının adına sənətləşdirib sonar isə qəsəbədə yaşamayan imkanlı şəxslərə sataraq sərvət yığmaqla məşğuldur.
Bələdiyyə sədri 53 ha torpaq ərazisin qeyri-qanunu 1500 manatdan satır. Buda qanunlarımıza hayqırı. Qəsəbə sakinlərinə isə hörməsizlikdir. Bundan başqa Cvanşir Zeynalov ev tikmək istəyənlərdən, 1000 azn, sənətsiz torpağa köhnə qərarla (yeni Ceyranbatan qəsəbəsi nəzərdə tutulur)hər sotuna 850 manat rüşvət istəyir. Amma sədr bununla da kifayətlənmir.

Azerinews.tv-yə üz tutan qəsəbə sakinləri və kiçik iş adamları iddia edir ki, sədr Havaşnoy, çayxana və kafe sahiblərində də hesab istəyir. O bu rüşvətin verilməsini sahibkarlara belə izah edib. “İcra başçısı hər çayxanadan 15-20 min manat yığılmasını mənim boynuma qoyub. Ona görədə bu məbləğ başçıya verilməlidir. Yoxsa işləməyəcəksiniz, bu qədər qazanmısınız bəsdi. Ya 20 mini verin yada bütün buranı hasara aldıracam…”
Şikayətçilər deyir ki, məbləğ böyük olduğundan verə bilmədik, Bələdiyyə sədri də dediyini elədi. Ceyranbatanda vur-tut ziyalıların və qocaların asudə vaxtlarını keçirə biləcək bir park vardı onuda Cavanşir Zeynalov saldı hasara. Demək olar ki, heç bir türmədə o hündürlükdə hasar yoxdu. Nə parka, nədəki çayxanaya gedə bilməyən qocalar və ziyalılar problemin həlli üçün prezidentən kömək istəyirlər. Onların prezidentdən və hüquq-mühafizə orqanlarından tək tələbi Bələdiyyə sədrinin ümumi fəaliyyətindəki saxtakarlıqların araşdırılması və Zeynalovun qanunlara uyğun cəzalandırılmasıdı…

Onuda bildirək ki, şikayətçilər Ceyranbatanı ağuşuna alan zibilliklərdən də zara gəldiklərini deyir. Onlar bildirir ki, zibil daşnması üçün xitmət pulu yığılsada qəsəbədə bu problem həllini hələdə tapmayıb.

Qeyd edək ki, əməkdaşlarımz hasara salınan və zibilə batan ərazidə də olublar. Həmin ərazidə çəkilən fotol və videonu da növbəti yazıda oxuculara təqdim edəcəyik. Bizi izləyin
Ardı var

Redaksiyadan: Məsələ ilə bağlı Bələdiyyə sədrini axtarsaqda onun istirahətdə olduğunu bildirdilər. Sədrin yaxınlarının dediyinə görə, Cavanşir Zeynalov ölkənin gözəl məkanlarından biri sayılan Qəbələdə istirahətdədir…

Qarşı tərəfidə dinləməyə hazırıq.
Bolgexeber.com