Çovdarova qarşı yeni ittiham - Agentura adı ilə 1 milyonu yeyib
5-09-2016, 13:10
Oxunub: 2 935
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, həbsdə olan general-mayor Akif Çovdarova yeni maddə ilə ittiham irəli sürülüb
“Qafqazinfo”nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, baş prokuror Zakir Qaralov tərəfindən təsdiqlənən ittiham aktında A.Çovdarova qarşı Cinayət Məcəlləsinin 179.3.1 (Mənimsəmə və ya israf etmə; mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 179.3.2-ci (Mənimsəmə və ya israf etmə; külli miqdarda törədildikdə) maddələri ilə ittiham verilib. A.Çovdarov bu maddə üzrə dövlət büdcəsini mənimsəməkdə təqsirləndirilir. O, büdcədən təxminən 1 milyon manat pulu agentura şəbəkəsinin saxlanması adı ilə götürərək mənimsəyib.
Akif Çovdarov istintaqda ifadəsi zamanı ittihamı qəbul etmədiyini bildirib. O deyib ki, pullar həqiqətən də agentlərə ödənib. Lakin, A.Çovdarov agentlərin kimliyini istintaqa açıqlamaqdan imtina edib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər