BolgeXeber.Com » Xəbərlər » Qurban bayramı ərəfəsində Tərtərdə yerləşən hərbi hissələrdə “Açıq qapı” günü-FOTO

Qurban bayramı ərəfəsində Tərtərdə yerləşən hərbi hissələrdə “Açıq qapı” günü-FOTO

12-09-2016, 10:26
Oxunub: 3 246 Qurban bayramı ərəfəsində Tərtərdə yerləşən hərbi hissələrdə “Açıq qapı” günü-FOTOQurban bayramı ərəfəsində rayonun ərazisində yerləşən hərbi hissələrdə “Açıq qapı” günü keçirildi

Tədbirdə Tərtər rayon icra hakimiyyətinin nümayəndələri, əsgər valideynləri və doğmaları, müharibə veteranları, şəhid ailələri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, məktəblilər  və rayon ictimaiyyətinin təmsilçiləri iştirak etdilər.

Nümayəndələr əvvəlcə hərbi hissələrdə əsgərlərin yaşayış, məişət şəraiti ilə tanış olub, xidməti və inzibati binalarda, əsgər yataqxanalarında, yeməkxanalarda oldular.

“Açıq qapı” günündə əsgər və zabitlər qarşısında çıxış edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov onları Qurban bayramı münasibətilə təbrik etdi. Bildirdi ki, hər bir azərbaycanlının ən böyük arzusu Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın düşmən tapdağından azad olunması və Azərbaycan bayrağının Dağlıq Qarabağda dalğalanmasıdır. Bunun üçün hər birimiz üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməliyik. Qələbə günü uzaqda deyil, biz Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı işğaldan azad edəcəyik və bayrağımız o gözəl torpaqlarımızda da dalğalanacaqdır.

Sonra M.Məmmədov aprel döyüşləri zamanı ordumuzun göstərdiyi qəhramanlıqdan, Respublika Prezidenti cənab İlham Əliyevin öz xanımı ilə rayonumuza olan səfərindən, şəhərdə, düşmənlə 200 metrlik məsafədə olan Qapanlı kəndində dağılmış evlərə baxış keçirməsindən, regionlarda aparılan tikinti-quruculuq işlərinə, ordu quruculuğuna, şəhid ailələrinə, müharibə veteranlarına göstərdiyi diqqət və qayğıdan, rayonumuzda torpaqlarımız uğrunda həlak olmuş şəhidlərin adlarının əbədiləşdirilməsi istiqamətində görülən işlərdən danışdı.

Rayon rəhbəri əsgərlərin görüşə gələn valideynləri ilə səmimi söhbət apardı, onların qayğıları ilə maraqlandı.

Qurban bayramı münasibəti ilə Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən hərbi hissələrə qurban payı verildi.

Sonda rayon rəhbəri və digər qonaqlar əsgər və zabitlər ilə birlikdə bayram süfrəsi arxasında əyləşdilər. 

Tədbirdə Tərtər rayonunun mədəniyyət işçiləri maraqlı konsert proqramı ilə çıxış etdilər.
Bolgexeber.com