Tərtərdə Qurban bayramı münasibəti ilə tədbir keçirildi-FOTOLAR
12-09-2016, 16:28
Oxunub: 2 197
Müsəlman dünyasının müqəddəs Qurban bayramı ölkəmizin hər yerində olduğu kimi Tərtər rayonunda da böyük təntənə ilə qeyd edilir
Bu münasibətlə keçirilən tədbirdə çıxış edən rayon İcra hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayon əhalisini müqəddəs Qurban bayramı münasibətilə təbrik etdi, onlara can sağlığı, uzun ömür, firavan həyat, bol ruzi arzuladı. Sonra Tərtər Cümə məscidinin axundu Sadiq Cəfərov qurban kəsiləcək heyvanlara dua oxudu, dini ənənələrə uyğun olaraq qurban mərasimi başladı.
Tədbirdə şəhid ailələrinə, əlillərə, ağsaqqallara, Böyük Vətən Müharibəsi Veteranlarına, Çernobıl əlillərinə, tənha, yatax xəstəsi və kimsəsizlərə, maddi imkanları zəif ailələrə, təmas xəttinə yaxın yerləşən kəndlərin sakinlərinə, ümumilikdə yeddi min ailəyə qurban payı verildi. Rayon ərazisində yerləşən hərbi hissələr də unudulmadı. Hərbi hissələrə də qurban payı göndərildi.
Qurban bayramı mərasimində iştirak edən sakinlər onlara göstərilən maddi və mənəvi dəstəyə görə ölkə rəhbəri möhtərəm prezidentimizə öz minnətdarlıqlarını bildirdilər.
Bolgexeber.com
Çox Oxunanlar
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 13-04-2024, 14:14 : Dilanın Bakıdakı gözəllik mərkəzi satışa çıxarıldı
Şou-Biznes
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 18-04-2024, 17:24 : Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA
Şou-Biznes