Akif Çovdarovun əli havada qaldı - Qanqsterin 20 dollarına sahib çıxan olmadı...
13-09-2016, 13:13
Oxunub: 3 856
Ləğv edilən MTN-nin sabiq generalı Akif Çovdarovla bağlı Moderator.az-a maraqlı informasiya daxil olub.
Bilgili qaynaqdan daxil olan məlumata görə, Eldar Mahmudovun “sağ əli” kimi tanınan A.Çovdarov həbs edilərək 1 saylı Bakı İstintaq Təcridxanasına gətirilən zaman keçmiş həmkarları – Penitensiar Xidmətin əməkdaşları ilə özünəməxsus şəkildə “zarafatlaşıb”. Belə ki, təcridxanaya daxil olan zaman üzərində cəmi 20 dollar pul olan MTN generalı pulu çıxararaq Penitensiar Xidmətin yaxınlıqdakı əməkdaşına uzadıb və gülərək “alın xərcləyin, görəcəyiniz elə bu olacaq” deyib.
Mənbənin sözlərinə görə, A.Çovdarov bununla keçmiş həmkarlarına vaxtiylə ədliyyə sistemində çalışdığını və üstündə pul olan dustaqlarla necə rəftar edildiyindən xəbərdar olduğunu xatırlatmağa çalışıb.
Bilgili qaynağın sözlərinə görə, bir müddət əli havada qalan A.Çovdarov kimsənin pula sahib çıxmadığını görüb yenidən pulu cibinə qoyub.
Xatırladaq ki, Akif Çovdarov qəddarlıq "dərslər"ini vaxtilə Binə qəsəbəsindəki 2 saylı cəzaçəkmə müəssisəsində işləyərkən "yaxşı" mənimsədiyindən onu MTN-də də "ustalıqla" sınaqdan keçirib. Amma təbii ki, bir gün bu qan çanağının onun öz başında çatlayacağı qaçılmaz idi...Bilgili qaynağın sözlərinə görə, bir müddət əli havada qalan A.Çovdarov kimsənin pula sahib çıxmadığını görüb yenidən pulu cibinə qoyub
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər