BolgeXeber.Com » Xəbərlər » Qurban bayramı yarmarkasında nazirliyinin qoçuları jurnalistə hucum etdilər-Fotolar
Qurban bayramı yarmarkasında nazirliyinin qoçuları jurnalistə hucum etdilər-Fotolar
14-09-2016, 09:43
Oxunub: 2 913
Görəsən ölkə başçısı İlham Əliyevin sahibkarlara satış və vətəndaşların rifahı üçün tapşırıqlarını Kənd Təsərrüfatı naziri niyə bu cür təşkil edir?
Paytaxtda və bölgələrdə Qurban bayramı qeyd olundu.
Kənd Təsərrüfaı Nazirliyi paytaxtda yarmarkalar təşkil etmişdir. Yarmarkaların təşkilinin əsas məqsədi əhalinin qurbanlıq heyvanlara olan tələbatının daha dolğun ödənilməsi, eləcə də süni qiymət artımının qarşısının alınması idi. Satış yarmarkalarında qurbanlıq heyvanlar bazara nisbətən daha ucuz qiymətə təklif olunacaqdır. Lakin hər il olduğu kimi bu sadəcə vətəndaşları yarmarkalara cəlb edilməsi üçün ucuz reklam idi. XALQ.AZ-ın əməkdaşı paytaxtın Xətai rayonunda “Nargilə” kafesinin yanında fəaliyyət göstərdiyi yarmarkadan qurbanlıq heyvan almaq üçün baş çəkib, lakin gördüyü mənzərəni fotokamerasına lentə almaq istəsədə özünü Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı (Avtomobili qara rəngli Hunday Tucson dövlət nömrə nişanını sonu 288 )kimi təqdim edən şəxsin hucumuna məruz qalıb.
Əməkdaşımız saat 16.00 radələrində qurbanlıq heyvan almaq məqsədi ilə yarmarkada olub. Lövhədə qurbanlıq heyvan üçün satış qiyməti 100 manat yazılsada satıcılar 160 manat qiymət bildirilər, və bunu onunla əsaslandırıblar ki, qurbanlıq heyvanlar satılıb bu əlavə sifarişlə gətirdiyimiz heyvanlardır. Əməkdaşımız öz ehtirazın bildirdikdə təhqirə və hucuma məruz qalıb. Bundan əlavə əməkdaşımız yarmarkanın ancaq satış üçün nəzərdə tutulduğunu bildirib, amma yarmarkada eyni zamanda heyvanların kəsimidə həyata keçirilib, və gün ərzində antisanitariya hökm sürüb. Bu məsəlini lentə almaq istəsə də Kənd Təsərrüfatı nazirliyinin əməkdaşlarının hücumuna məruz qalaraq təhqir olunub.
Görəsən ölkə başçısı İlham Əliyevin sahibkarlara satış və vətəndaşların rifahı üçün tapşırıqlarını Kənd Təsərrüfatı naziri niyə bu cür təşkil edir?
Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları hansı əsasla ölkədə süni qiymət artımına şarait yaradırlar?
Kənd Təsərrüfatı nazirliyinin əməkdaşları yarmarkalarda hansı sahibkarın sifarişin yerinə yetirdilər?
Bu sualların cavabını yaxın günlərdə dərc edəcəyimiz yazıda izləyə bilərsiniz.
Qarşı tərəfin də fikirlərini dərc etməyə hazırıq.


Çox Oxunanlar
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 25-06-2025, 21:57 : Tərtərdə 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə N saylı hərbi hissədə tədbir keçirilib
Bölgə / Xəbərlər
- 5-07-2025, 17:59 : İstanbulda zəlzələ oldu
Dünya / Xəbərlər
- 23-06-2025, 12:56 : “Konstitusiya və Suverenlik ili - 2025”: Tərtərdə 23 İyun Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib
Bölgə / Xəbərlər
- 24-06-2025, 15:21 : Aktrisa Pərvinə ağır zərbə
Şou-Biznes / Xəbərlər
- 19-06-2025, 14:51 : Azərbaycanda ən çox hansı müğənnilər qazanır?
Şou-Biznes / Xəbərlər
- 23-06-2025, 17:59 : Məşhur futbolçu karyerasını bitirdi
İdman / Xəbərlər
- 20-06-2025, 15:34 : Məşhur aktyor həyatını itirdi
Şou-Biznes / Xəbərlər
- 25-06-2025, 10:49 : "Qarabağ"ın futbolçuları Şuşada
İdman / Xəbərlər