BolgeXeber.Com » Xəbərlər » Əyalətdə təhsil sistemi zəlil edilib - Göyçayda narazılıq

Əyalətdə təhsil sistemi zəlil edilib - Göyçayda narazılıq

14-09-2016, 11:44
Oxunub: 2 067 Əyalətdə təhsil sistemi zəlil edilib - Göyçayda narazılıqOnun kifayət qədər səlahiyyətə sahib olan güclü himayədarı var

Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində bir sıra məsələlər «Sən məni gör, mən də səni» prinsipilə öz həllini tapır Bu gün Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində yaşanan olaylar ölkənin təhsil sistemilə uyğunluq təşkil etmir. Belə ki, Xəlil Orucovun rəhbərlik etdiyi təhsil müəssisəsində ciddi yeyinti hallarına yol verildiyini iddia edən məlumatlı şəxsin Gundelik-Baku.com-la bölüşdüyü informasiyada bildirilir ki, Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində tətbiq olunan «qayda»lar tələbələrin durumunu xeyli ağırlaşdırır. Adıçəkilən təhsil ocağında semestr imtahanları zamanı tələbələri əvvəlcə kəsib, daha sonra isə təkrar imtahan yolu ilə qiymət yazıldığını deyən mənbənin sözlərinə görə, Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru Xəlil Orucovun qazancı təkcə tələbələrdən gələn gəlirlərdən ibarət deyil: «İlk öncə qeyd edim ki, hazırda Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində fiziki tərbiyə müəllimliyi (ümumi orta təhsil bazası üçün), texnologiya müəllimliyi, təsviri incəsənət müəllimliyi, hüquq mühafizə fəaliyyəti, mühasibat uçotu, maliyyə işi, elektrik təchizatı, nəqliyyat vasitələrinin texniki istismarı (nəqliyyat növləri üzrə), yol hərəkətinin təşkili, aqrar (fermer) təsərrüfatının təşkili, nəqliyyat vasitələrinin təmiri və servisi ixtisasları üzrə mütəxəsisslər hazırlanır. Deyilənlərə görə, kollec direktorunun həmçinin, hər il kollecə ayrılan vəsaitlərdə də ciddi payı var. Məsələn, direkitorun təkcə 2013-cü ildə ayrılmış 100 min manata yaxın vəsaiti təyinatı üzrə xərcləmədiyi iddia olunur. Bildirilir ki, Xəlil Orucov həmin pulun 8 min manatına yumuşaq inventarların alındığını sənədləşdirsə də, həmin mebellərin nə zaman alındığı və hara yerləşdirildiyini görən olmayıb. Belə ki, onun rəhbərlik etdiyi təhsil müəssisəsinə bir-iki sınıq-salxaq stol, stuldan başqa təhsil ocağına heç nə gətirilməyib. Deyilənlərə görə, Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru Xəlil Orucov həmin vəsaitə rayondakı villasına mebel alıb. Hələ bu, harasıdır. İddialara görə, kollec direktorunun «əməliyyat»ları sırasında 15 min manatlıq cari təmir işləri də var. Bu vəsaitin hansı təmir işlərinə sərf olunduğu məlum olmasa da, sənədlərdə daşdan keçəcək səviyyədə «əsaslandırılıb». Halbuki hazırda Göyçay Dövlət İdarəetmək və Texnologiya Kollecinin binasının içində yetərli qədər təmir olunası yerlər var. Elə isə maraqlıdır, görəsən təmir üçün ayrılan vəsaitlər hara və necə xərclənib?..» Bu arada, mövzu ilə bağlı əldə etdiyimiz digər məlumatlarda isə deyilir ki, Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində təhsil alan tələbələrin bir qisminin təqaüd kartları direktorun evindəki saxlanılır və hər ay Xəlil Orucovun yaxın adamları Göyçayda, eləcə də yaxın rayonlarda həmin kartlardan pul çıxarırlar: «Deyilənlərə görə, Xəlil Orucovun nöqsanlı fəaliyyətindən narazı qalan şəxslər dəfələrlə müvafiq qurumlara müraciət etsələr də, bunun heç bir xeyri olmayıb. Halbuki bu gün Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində bir sıra məsələlər məhz «Sən məni gör, mən də səni» prinsipilə öz həllini tapır. Ümumiyyətlə, bu təhsil müəssisəsində tələbəyə elm, bilik yox, tamam başqa nəsnələr öyrədilir. Lakin bütün bunlara rəğmən, heç kim Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecini zəlil qoyan Xəlil Orucova «gözün üstündə qaşın var» demir. Halbuki kollecdə tələbələrin haqqını tapdalayırlar, valideyinləri isə övladlarının kollecdən atılması ilə hədələyib nələrəsə təhrik edirlər. Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində bu qədər problemin olmasına baxmayaraq, Xəlil Orucova hələ də irad tutulmaması o deməkdir ki, onun kifayət qədər səlahiyyətə sahib olan güclü himayədarı var». Mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq (Gundelik-Baku.com).