Hacıqabul nümayəndəsi “Gənc mədəniyyət işçilərinin ilk kuboku”nda fərqlənmişdir
19-09-2016, 16:54
Oxunub: 3 798
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi tərəfindən “Gənc mədəniyyət işçilərinin ilk kuboku” adlı futbol yarışı keçirilmişdir
Kubokun keçirilməsində məqsəd müxtəlif rayonların mədəniyyət müəssisələrində çalışan gənclərin fəaliyyətinin stimullaşdırılması və aralarında sıx əlaqələrin yaradılmasıdır. Bu məqsədlə Şamaxı şəhərində 16 sentyabr tarixində regional mədəniyyət və turizm müəssisələrində çalışan və yaşı 35-ə qədər olan gənc mədəniyyət işçiləri arasında mini futbol yarışı baş tutmuşdur.
Təşkil olunan yarışda regional mədəniyyət və turizm müəssisələrində çalışan gənclərdən ibarət komandalar yaradılmışdır ki, həmin komandaların hər birinə Azərbaycanın tanınmış şəxsiyyətlərinin adları verilmişdir. Həmin komandalardan biri olan “NİYAZİ” komandasında Hacıqabul rayonu təmsil olunmuşdur. Rayonu təmsil edən gənc mədəniyyət işçisi Nəsimi Qarayev III-yerin sahibi olaraq “Bürünc medal, diplom, sertifikat və kubokla mükafatlandırılmışdır.
Bu qələbə tək mədəniyyət işçilərinin deyil bütün Hacıqabulun qələbəsidir.
Rayon Mədəniyyət İşçiləri bu münasibətlə Nəsimi Qarayevi təbrik edir, ona can sağlığı, işlərində uğurlar azulayır. Uğurlarınızın davamlı olması arzusuyla.
Bolgexeber.com



Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər