«40 İLLİK ƏMƏK HAQQINI YIĞMAĞIM…» - Tağı Əhmədov danışdı
24-09-2016, 12:18
Oxunub: 2 910
Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədov ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi, hazırda həbsdə olan general-mayor Akif Çovdarovun ondan 3 milyon manat alması hadisəsinə görə istintaqa ifadəsi barəsində danışıb
KİV-lərin yazdığına görə, T.Əhmədov A.Çovdarovun həbsindən sonra aparılan araşdırmalar zamanı istintaqda dindirilib və hadisəni danışıb. Müstəntiqin ondan “Siz 3 milyon manatı necə əldə etmişdiniz ki, Akif Çovdarova bu məbləğdə pulu ödəyə bildiniz?” sualına “40 illik əmək haqqımdı, yığıb saxlamışdım” deyə cavab verib.
T.Əhmədov teleqraf.com saytına müsahibəsində bu məlumatı təkzib edib. Sitat: “Haqqımda yazılanları boş və mənasız hesab edirəm. Məhkəmə istintaqı gedir, proses başa çatanda kimin haqlı, kimin günahsız olduğunu bütün cəmiyyət biləcək. Harada lazım gəlsə, orada da suallara cavab verəcəyəm. Tağının dilindən heç vaxt çıxmayıb ki, 40 illik əmək haqqımı yığmışam. Bu cür söz deməmişəm. Bu, mənə uyğun olmayan sözdür, bu gün maaşımı alıram, səhər heç bilmirəm cibimdə 5 manat qalır, ya yox. 40 illik əmək haqqını yığmağım qeyri-mümkündür”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər