Nərimanov rayonunda da referendumda səsvermə prosesi başlamışdır
26-09-2016, 11:42
Oxunub: 2 189
Nərimanov rayonunda da Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı referendumda səsvermə prosesi başlamışdır
Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı sentyabrın 26-na təyin edilən referendumda səsvermə prosesi başlamışdır.
Bütün seçki məntəqələrində əhalinin rahatlığı nəzərə alınmış və seçicilərin öz istədikləri namizədə səs vermələri üçün hər cür şərait yaradılmışdır.
Rayonda dairə seçki komissiyalarının tərkibində olan seçki məntəqələri bütün zəruri texniki avadanlıqla təmin edilmişdir. Məntəqələrdə seçkilərin azad, demokratik və şəffaf keçirilməsi üçün hər cür şərait yaradılmışdır. Şəffaflığın təmin edilməsi məqsədilə ümumilikdə 25 məntəqədə veb-kameralar quraşdırılmışdır.
Qeyd edək ki, Nərimanov rayonunda ümumilikdə 3 seçki dairəsi üzrə məntəqələrin sayı 84, seçicilərin ümumi sayı isə 110 min 469 nəfərdir.
18 saylı Nərimanov-Nizami seçki dairəsi üzrə Nərimanov rayonunda hazırda 16 məntəqə mövcuddur. Nərimanov rayonu üzrə sözügedən seçki dairəsində qeydə alınan 20 min 754 seçici var. Seçki dairəsinin Nərimanov rayonu üzrə 5 seçki məntəqəsində veb-kamera quraşdırılıb. 19 saylı Nərimanov 1-ci seçki dairəsi üzrə hazırda 35 məntəqə mövcuddur. Ümumilikdə bu dairə üzrə 10 seçki məntəqəsində veb-kamera quraşdırılıb. Dairə üzrə qeydə alınan 45 min 690 seçici var. 20 saylı Nərimanov 2-ci seçki dairəsinin ərazisində 33 seçki məntəqəsi mövcuddur. Dairə üzrə 44 min 25 seçici qeydə alınıb. Bu dairəni əhatə edən 10 məntəqədə veb-kamera quraşdırılıb.
Bolgexeber.com
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər
- 11-04-2024, 17:29 : Ukraynada son durum necədir?
Dünya / Xəbərlər