BolgeXeber.Com » Xəbərlər » Gülyaz Məmmədova: “Yol hərəkəti qaydasını mən yox, sükanını buraxıb, əlinə telefon alan pozub”
Gülyaz Məmmədova: “Yol hərəkəti qaydasını mən yox, sükanını buraxıb, əlinə telefon alan pozub”
29-09-2016, 15:02
Oxunub: 3 119
“Qayda pozmuş olsam belə inzibati protokol gələcək. Amma mən güman etmirəm ki, yanlışlığım olub. Əsl yanlışlığı sükanı buraxıb, telefonla çəkiliş edən jurnalist edib”
“Əvvala mən hər hansı bir qayda pozmamışam. Hətta bu olmuş olsa belə onu ictimailəşdirmək görünür, o sayt üçün mövzu problemi ilə bağlıdır. Cəmiyyət varsa orada inzibati pozuntu da mümkündür. Mən əminəm ki, avtomobilimi təqib edən o jurnalistin özü dəfələrlə qayda pozub. Elə onun sükan arxasında əlinə telefon alıb, mənim maşınımın hərəkətini çəkməsi qayda pozuntusudur. O, özü bunu etdiyinə görə, qəza törədə bilərdi. Həmçinin, hesab edirəm ki, başqalarını güdmə, onları təqib eləmə xüsusi səlahiyyət sahibi olan qurumlara məxsusdur”.
Bu sözləri Gununsesi.info-ya açıqlamasında xalq artisti Gülyaz Məmmədova avtosfer.az saytının onun yol hərəkəti qaydalarını pozması barədə xəbərini şərh edərkən deyib. Xalq artisti bildirib ki, o, saga dönmə hərəkəti edərkən, dönmə qaydasına tam əməl edib: “Qayda pozmuş olsam belə inzibati protokol gələcək. Amma mən güman etmirəm ki, yanlışlığım olub. Əsl yanlışlığı sükanı buraxıb, telefonla çəkiliş edən jurnalist edib”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər