BolgeXeber.Com » Xəbərlər » ""AZAL"ın "Bolkart"la davası niyə vətəndaşın başında çatlamalıdır?"

""AZAL"ın "Bolkart"la davası niyə vətəndaşın başında çatlamalıdır?"

30-09-2016, 10:59
Oxunub: 2 413 ""AZAL"ın "Bolkart"la davası niyə vətəndaşın başında çatlamalıdır?"""AZAL"ın rəhbərləri üçün bu məbləğin önəmi olmaya bilər, çünki haram yeməyə vərdiş ediblər, kim kimədir ki..."

Dostlar, problemin fərdi yox, ictimai xarakterli olduğunu nəzərə alaraq bu statusu yaymağınızı xahiş edirəm.
Çünki bu, hər bir vətəndaşımızın başına gələ bilər.

Bu "AZAL"ın rəhbərləri nə ...... adamlardır!
Oğlum Elnur Məmmədov 20 avqustda Naxçıvana uçmaq üçün, 17 avqustda, geridönüşlü, 4 nəfərlik 8 bilet alıb. Ödəməni "Bolkart"la edib (400 AZN). İş elə gətirdi ki, 1 nəfərin biletini elə 17 avqustda dəyişməli oldu. Kassaya yaxınlaşıb bileti dəyişmək istədiyini bildirəndə, kassir, “BolKart”la alındığı üçün bileti dəyişə bilməyəcəyini, dəyişmək istədiyi biletin pulunu da yalnız 15 gün içində karta geri qaytaracaqlarını bildirib. Oğlum yeni bileti əlavə olaraq nəğd pul ödədikdən sonra ala bilib.
Uçuş zamanı, yəni 20 avqustda oğlum geridönüşlü 2 nəfərlik (4) bileti də qaytarası oldu. Bu dəfə də kassir pulun (180AZN) 15 gün içində geri qaytarılacağını deyib.

Elnur avqust ayının 17-də 2 bilet, 20-də isə 4 bilet qaytarıb.
Biletlərin pulu geri qaytarılmadığı üçün, oğlum dəfələrlə hava limanına və "Nizami" küçəsində yerləşən bilet kassalarına getməli olub. Hər dəfə taksilərə - yola xərclənən pul, itirilən vaxt və... əsəb.

"AZAL" isə yola verir. "BolKart" da durmadan 2.5 faiz yazır.
Pulun 90 manatı 31 gündən sonra qayıdıb, qalan 180 manatdan 51 gündür xəbər yoxdur.
"AZAL"ın rəhbərləri üçün bu məbləğin önəmi olmaya bilər, çünki haram yeməyə vərdiş ediblər, kim kimədir ki...
Öz əlinin əməyi, alnının təri ilə yaşayan mənim övladım üçün isə 100 manat da həyati əhəmiyyətlidir.
Bilmək istəyirəm:
-- bu ....... adamlar taladıqları idarələri nə vaxtsa adam kimi idarə edəcəklər, ya yox ?!
-- vətəndaşın pulu niyə günlərlə, aylarla "AZAL"ın hesabında qalmalıdır?
-- qaytarılan biletin pulu niyə dərhal vətəndaşın hesabına qaytarılmır?
-- "AZAL"ın hesabında olan pullara görə "Bolkart"ın faizlərini kim ödəməlidir?
-- "Bolkart"la bilet almaq niyə belə təhlükəlidir?
-- "AZAL"ın Bolkartla davası niyə vətəndaşın başında çatlamalıdır?
-- Bu məsləyə görə mən niyə məhkəmələrdə vaxt, əsəb, əlavə pul itirməliyəm və hansı ....... görə?

""AZAL"ın "Bolkart"la davası niyə vətəndaşın başında çatlamalıdır?"

Qurban Məmmədov, tanınmış hüquqşünas

Redaksiyanın zəruri qeydi: Statusun mətnindəki təhqiramiz ifadələri nöqtələrlə əvəz etmişik...