BolgeXeber.Com » Xəbərlər » Əbülfəz Qarayevin Beyləqana göndərdiyi yoxlama işçiləri maaşsız qoyur - ŞİKAYƏT VAR

Əbülfəz Qarayevin Beyləqana göndərdiyi yoxlama işçiləri maaşsız qoyur - ŞİKAYƏT VAR

30-09-2016, 12:16
Oxunub: 2 068 Əbülfəz Qarayevin Beyləqana göndərdiyi yoxlama işçiləri maaşsız qoyur - ŞİKAYƏT VARNazim Mirzəyev Mədəniyyət və Turizm şöbəsinin baş mühasibi Məhəmməd Həsənova məxsus "Elmir-Murad” MMC vasitəsilə olduqca maralı maliyyə maxinasiyalarına imza atır

Bu günlərdə Beyləqan Rayon Elektrik Şəbəkəsi Beyləqan Mədəniyyət Evinə verilən elektrik enerjisini kəsib. Buna səbəb mədəniyyət evinin uzun müddət istifadə etdiyi elektrik enerjisinə görə pul borclarını ödəməməsidir. Mətbuatda yayılan məlumata görə, Beyləqan Mədəniyyət Evinin müdiri Nazim Mirzəyev işçilərinin maaşlarından kəsərək elektrik borcunu ödəmək niyyətindədir. Maaşlarının kəsilməsinə etiraz edən əməkdaşlar isə müdirin təzyiqlərinə məruz qalırlar. Bu arada daxil olan məlumatda iddia olunur ki, Nazim Mirzəyevlə Beyləqan rayon Mədəniyyət və Turizm Şöbəsinin baş müsahibi Məhəmməd Həsənov əsasən rayondakı kənd kitabxanalarında calışan əməkdaşların maaşını kəsir. Son bir ildə üç dəfə belə bir hal yaşanıb. Hər dəfə işçilərin maaşının bir "məqsəd" üçün götürüldüyü onlara bildirilib. Belə ki, Mədəniyyət və Turizm Nazirliyindən gələn yoxlama, icra başçısına verillən hesab və s. İşçilər isə bildirir ki, hər dəfə də pullar şəxsi məqsədlər üçün xərclənib. Qeyd edək ki, bu, N.Mirzəyevin ilk belə qanunsuz işi deyil. Mətbuatda Beyləqan rayon Mədəniyyət və Turizm Şöbəsində ciddi yeyinti faktları yer alıb. Nazim Mirzəyev və şöbənin baş müsahibi Məhəmməd Həsənovla dövlətin küllü miqdarda vəsaitini müxtəlif işlərin görülməsi adı altında mənimsəyiblər.

Həmin məlumatda iddia edilir ki, Nazim Mirzəyev Mədəniyyət və Turizm şöbəsinin baş mühasibi Məhəmməd Həsənova məxsus "Elmir-Murad” MMC vasitəsilə olduqca maralı maliyyə maxinasiyalarına imza atır. Belə ki, adıçəkilən MMC vasitəsilə kənd klublarının, mədəniyyət evlərinin, kitabxana binalarının cari təmiri üçün vəsait ayrılır, sonradan isə həmin vəsaitin əhəmiyyətli hissəsi Nazim Mirzəyev və Məhəmməd Həsənov tərəfindən mənimsənilir. Daxil olan məlumata görə, təkcə ötən il Mədəniyyət və Turizm Şöbəsinə ayrılan 120 min manat vəsait məhz Məhəmməd Həsənova məxsus "Elmir-Murad” müəsissəsinə verilib. Ayrılan vəsaitlər isə həmişəki kimi Təzəkənd, Bolsulu, Milabad, Kəbirli, Dünyamallar, Əlnəzərli, Qəhrəmanlı və digər kəndlərdə yerləşən kitabxanaların, mədəniyyət evlərinin, klubların "cari təmiri”nə, həmçinin digər avadanlıqların alınmasına "xərclənib”. Məlumatlı mənbə iddia edir ki, Nazim Mirzəyev baş mühasibi ilə hər ay Mədəniyyət və Turizm Şöbəsində işləyən işçilərin əmək haqqından 10 manat kəsməklə ayda 3 min manata yaxın qazanc əldə edirlər. Bundan başqa musiqi məktəbində işləyən müəllimlərin adına yazılan artıq dərs saatlarının puluna məhz Məhəmməd Həsənov nəzarət edir. Baş mühasib artıq dərs saatlarından ayda 2 min manatdan çox gəlir götürür. Redaksiyamıza Beyləqandan daxil olan şikayətləri araşdırmaqdayıq.