BolgeXeber.Com » Xəbərlər » Cəlilabadda Prokurorluq işçilərinin peşə bayramı günü qeyd olundu-FOTO

Cəlilabadda Prokurorluq işçilərinin peşə bayramı günü qeyd olundu-FOTO

1-10-2016, 11:33
Oxunub: 6 355 Cəlilabadda Prokurorluq işçilərinin peşə bayramı günü qeyd olundu-FOTO1 oktyabr – Prokurorluq işçilərinin peşə bayramı günü münasibəti ilə Cəlilabad rayonunda tədbir keçirilmişdir

Tədbirdə Cəlilabad rayon İcra hakimiyyətinin başçısı Əziz Əzizov,hüquq-mühafizə orqanları nümayəndələri,aparat işçiləri iştirak etmişdir.Tədbir iştirakçıları ilk öncə Cəlilabad rayon Heydər Əliyev parkında uçaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş,önünə tər gül- çiçək dəstələri qoymuşlar.Sonra iştirakçılar möhtəşəmliyi ilə gözoxşayan Heydər Əliyev Mərkəzinə gələrək Ulu Öndərin həyat və fəaliyyətini,həmçinin Cəlilabad rayonuna etdiyi səfərləri əks etdirən fotolarla tanış oldular.Tədbir rayon prokurorluğunun inzibati binasında davam etdi.Tədbirdə çıxış edən Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov 1 oktyabr – Prokurorluq işçilərinin peşə bayramı münasibəti ilə bütün prokurorluq işçilərini təbrik edib. O, qeyd edib ki, prokurorluq orqanlarına həmişə diqqət və qayğı ilə yanaşan ümummilli lider Heydər Əliyevin 1998-ci il 17 iyul tarixli Sərəncamı ilə ölkəmizdə hər il oktyabrın 1-i prokurorluq işçilərinin peşə bayramı kimi qeyd edilir. Bu gün isə Prezident İlham Əliyevin rəhbərliyi ilə hüquq mühafizə, ədliyyə, məhkəmə və xüsusi xidmət orqanları, o cümlədən prokurorluq öz inkişafının məzmunca və keyfiyyətcə yeni mərhələsinə qədəm qoyub.İcra başçısı bildirib ki, Prezident İlham Əliyev də prokurorluq işçilərinə hər zaman diqqət və qayğıkeşliklə yanaşıb. Tədbirdə prokurorluq orqanlarının qanunun aliliyinin, insan hüquq və azadlıqlarının təmin olunmasına, cinayətkarlıqla mübarizəyə, qanunçuluğun və hüquq qaydasının qorunmasına xidmət etdiyi vurğulanıb.Tədbirdə Cəlilabad rayon prokuroru Tariyel Ələkbərov, rayon məhkəməsinin sədri Əliəjdər Ələkbərov,polis şöbəsinin sədri Namiq Camalov və digər iştirakçılarda öz təbriklərini çıxış edərək bildirdilər.
Bolgexeber.com
Cəlilabadda Prokurorluq işçilərinin peşə bayramı günü qeyd olundu-FOTO
Cəlilabadda Prokurorluq işçilərinin peşə bayramı günü qeyd olundu-FOTO
Cəlilabadda Prokurorluq işçilərinin peşə bayramı günü qeyd olundu-FOTO