BolgeXeber.Com » Xəbərlər » Tərtərdə prokurorluq işçilərinin peşə bayramı qeyd olundu-FOTO

Tərtərdə prokurorluq işçilərinin peşə bayramı qeyd olundu-FOTO

1-10-2016, 14:47
Oxunub: 3 388 Tərtərdə prokurorluq işçilərinin peşə bayramı qeyd olundu-FOTOTərtərdə prokurorluq işçilərinin peşə bayramı qeyd olundu

Bolgexeber.com xəbər verir ki,əvvəlcə tədbir iştirakçıları mərkəzi meydanına gələrək ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad etdilər.
Tədbir sonra rayon icra hakimiyyətinin akt zalında davam etdirildi.
Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov prokurorluq işçilərini Prokurorluq İşçilərinin Peşə Bayramı Günü münasibəti ilə təbrik edib, işlərində uğurlar arzuladı. Qeyd etdi ki, çətin və şərəfli bir təkamül yolu keçmiş prokurorluq orqanları bu gün dövlətçilik ideyalarına sarsılmaz inam və sadiqlik nümayiş etdirir, qanunun aliliyinin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə, vətəndaşların hüquqlarının etibarlı müdafiəsində öz xidmətlərini göstərir.
Sonra rayon prokuroru Azər Hətəmov, rayon hərbi prokuroru Fuad Məmmədov, polis şöbəsinin rəisi Rauf Məcidov çıxış edərək ölkəmizdə hüquqi dövlət quruculuğunda, insan hüquq və azadlıqlarının qorunmasında, cinayətkarlığa qarşı mübarizədə prokurorluq orqanlarının rolundan danışdılar. Qeyd olundu ki, ümummilli lider Heydər Əliyevin 1998-ci il 17 iyul tarixli Sərəncamı ilə prokurorluq işçilərinin peşə bayramının təsis olunması prokurorluq orqanlarına dövlət qayğısının parlaq təzahürüdür.
Tədbirdə müasir dövrdə prokurorluğun yerinə və roluna münasibət bildirilmişdir. Diqqətə çatdırılmışdır ki, dövlətimizin başçısı tərəfindən həyata keçirilən hüquq islahatları nəticəsində qanunçuluğu və insan azadlığını hərtərəfli təmin edən vətəndaş cəmiyyəti yaradılmışdır. Prokurorluq orqanları bu sahədə üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlirlər.
Tədbirin sonunda Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən xidmətdə fərqlənən bir qrup prokurorluq orqanının əməkdaşına Fəxri Fərman və qiymətli hədiyyələr təqdim olundu.