Füzuli RİHB Alı Alıyev ön xəttdə xidmət edən əsgərlərlə görüşüb-FOTO
3-10-2016, 15:17
Oxunub: 3 668
Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri ilə birgə Müdafiə Nazirliyinin “N” saylı Hərbi Hissəsinin yaranmasının ildönümü münasibəti ilə keçirilən tədbirdə iştirak edib
Alı Alıyev hərbi hissə komandanlığı ilə birlikdə əvvəlcə ön xəttdəki səngərlərə baş çəkmiş, burada xidmət edən əsgərlərin xidməti vəziyyəti, məişət şəraiti ilə maraqlanıb, əsgərlərlə fərdi söhbətlər edib, onlara bayram sovqatı çatdırıb.
Alı Alıyev N saylı hərbi hissənin yaranmasının ildönümü münasibəti ilə əsgər və zabitləri təbrik edib, onlara çətin və şərəfli xidmətlərində müvəffəqiyyətlər arzulayıb. Alı Alıyev bildirib ki, bu gün hər bir azərbaycanlının ən böyük arzusu Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın azad olunması və bayrağımızın Dağlıq Qarabağda, Şuşada dalğalanmasıdır: - “Mən inanıram ki, o gün uzaqda deyil, biz Ali Baş Baş komandan cənab İlham Əliyevin rəhbərliyi altında işğal olunmuş torpaqlarımızı azad edəcəyik. Bunun üçün hər birimiz üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməli, ölkə başçısının ətrafında sıx birləşməliyik.”
Digər çıxış edənlər respublikamızda president cənab İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində atılan addımlardan danışıb, hərbi hissələrdə belə görüşlərin keçirilməsinin əsgərlərə mənəvi dəstək olduğu, ruh yüksəkliyi yaratdığını vurğulayıblar.
Tədbir konsert proqramı ilə davam etmişdir.
Bolgexeber.com








Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər