BolgeXeber.Com » Xəbərlər » Tərtərdə “Vətənə nümunəvi xidmətə görə sağ ol” devizi altında təntənəli mərasim keçirilib-FOTO

Tərtərdə “Vətənə nümunəvi xidmətə görə sağ ol” devizi altında təntənəli mərasim keçirilib-FOTO

5-10-2016, 14:52
Oxunub: 3 699 Tərtərdə “Vətənə nümunəvi xidmətə görə sağ ol” devizi altında təntənəli mərasim keçirilib-FOTOXidməti başa vuran hərbi qulluqçulara fəxri fərman və qiymətli hədiyyələr, valideynlərə təşəkkür məktubu təqdim edilib

Azərbaycan Silahlı Qüvvələrində Prezident İlham Əliyevin ölkə vətəndaşlarının 2016-cı il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncamının icrasına başlanılıb

Tərtər şəhərindəki Heydər Əliyev meydanında Müdafiə Nazirliyinin və Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Vətənə nümunəvi xidmətə görə sağ ol” devizi altında Azərbaycan Silahlı Qüvvələri sıralarından ehtiyata buraxılan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının yola salınması mərasimi keçirilib. Hərbi qulluqçuların, Qarabağ müharibəsi veteranları, şəhid ailələrinin, ictimaiyyət nümayəndələrinin və gənclərin iştirak etdiyi mərasimdə əvvəlcə respublikamızın ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Müdafiə Nazirliyinin zabiti, polkovnik Abdulla Qurbani Azərbaycan Silahlı Qüvvələrinin son illərdəki nailiyyətlərindən, erməni işğalçılarının cəbhədə törətdiyi təxribatlara Azərbaycan ordusunun layiqli cavab verməsindən, xalqla ordunun monolit birliyindən danışıb. Bildirib ki, mütəşəkkil ordunun yaranması ulu Öndər Heydər Əliyevin, ordumuzun dünyanın ən güclü orduları arasında yer alması Prezident İlham Əliyevin adı ilə bağlıdır. Son illərdə Silahlı Qüvvələrimizin maddi texniki bazası daha da möhkəmlənib, ən müasir silahlar, texnikalar alınıb. Ən əsası şəxsi heyətin döyüş ruhu, mənəvi-psixoloji hazırlığı, əhval ruhiyyəsi və vətənpərvərlik hissi yüksəkdir.
Diqqətə çatdırılıb ki, bu gün yola salınan əsgər və çavuşların hamısı aprel döyüşlərinin iştirakçılarıdır.
Sonra ehtiyata buraxılan əsgər Altay Vəliyev “Bu gün mən və mənimlə bir vaxtda əsgərliyə gəlmiş yaşıdlarım Vətən, xalq qarşısında müqəddəs borcumuzu başa vururuq. Ancaq Vətən çağırarsa biz yenidən silaha sarılaraq xidmətimizi davam etdirəcəyik” deyərək, silah, dəbilqə və zirehli gödəkcəsini gənc əsgərə verib. Gənc əsgər Elmir Məmmədov eyni çağırışdan olan əsgər yoldaşları adından özündən əvvəlki döyüşçülərin qəhrəmanlıq ənənələrini davam etdirəcəklərinə söz verib.
Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov ehtiyata buraxılan hərbi qulluqçulara tərtərlilər adından minnətdarlığını bildirib, onlara xatirə hədiyyələri təqdim edib. Bildirib ki, qəhrəman tərtərlilər düşmənin bütün təxribatlarına, yaşayış məntəqələrini atəşə tutmasına baxmayaraq ev-eşiyini tərk etmir, əsgərlərimizə daim dəstək olurlar. Aprel ayında cəbhədə baş verənlər də xalqla ordunun monolit birliyini, Azərbaycan ordusunun qüdrətini bir daha sübut etdi.
General-mayor Hikmət Həsənov hərbçilərimizin döyüş meydanında göstərdikləri mərdlik və şücaətindən danışıb, Silahlı Qüvvələrimizin işğal altında olan torpaqlarımızı Ali Baş Komandanın əmri ilə azad etməyə hazır olduğunu bildirib. Diqqətə çatdırıb ki, tərtərlilər həmişə olduğu kimi, aprel döyüşləri zamanı da Azərbaycan əsgərinə dayaq olub.
Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi rayon şöbəsinin Suliddin Yusifov, “Azərbaycan bayrağı” ordenli keçmiş döyüşçü Nizami Heydərov xidməti başa vuran hərbi qulluqçulara Vətənə şərəflə xidmət etdikləri üçün təşəkkür edərək, ölkəmiz üçün layiqli vətəndaş olmağı, gənc əsgərlərə isə Silahlı Qüvvələrimizin döyüş salnaməsinə parlaq səhifələr yazmağı, xalqımıza qələbə sevincini yaşatmağı arzulayıblar.
Xidməti başa vuran hərbi qulluqçulara fəxri fərman və qiymətli hədiyyələr, valideynlərə təşəkkür məktubu təqdim edilib. Əsgərlər rayon məktəblilərinin onlara verdikləri gül-çiçəyi ümummilli lider Heydər Əliyevin abidəsi önünə qoyublar.
Tədbir rayon mədəniyyət evinin musiqiçilərinin ifasında konsert proqramı ilə davam edib.
Bolgexeber.com