BolgeXeber.Com » Xəbərlər » Qazax Telekommunukasiya qovşağında korrupsiya sindromu

Qazax Telekommunukasiya qovşağında korrupsiya sindromu

6-10-2016, 12:39
Oxunub: 2 282 Qazax Telekommunukasiya qovşağında korrupsiya sindromuNizaməddin Məmmədovla üzüm sahəsində işlətdiyi işçilər arasında heç bir əmək müqaviləsi belə olmur

“Aztelekom” İB-nin Qazax Telekommunikasiya Qovşağında problemlər azalmaq əvəzinə, cünbəgün artmaqdadır. Çünki, qovşağın rəisi Nizaməddin Məmmədov şəxsi mənafeyini dövlət mənafeyindən üstün tutur. Vaxtilə Qazaxın icra başçısı olmuş Əsəd Orucovun dövründə Gəncədən Qazaxa “velosiped”lə gələn Nizaməddin Məmmədov hazırda sayagəlməz varidat sahibidir. Bu da onun aidiyyəti insanları aldatmaq, onları min cür yollarla özündən razı salmaq bacarığından irəli gəlir. Teref.infoya yazan müəllif qeyd edir ki, hələ, Məmmədov Telekommunikasiya qovşağına rəis gələrkən, təxminən 12-13 il bundan əvvəl 35 000 manata bina evindən mənzil alanda kişinin qatı korrupsioner olduğu çoxlarını sarsıtdı. Xidmətində olan dövlət maşınlarını şəxsi işləri üçün ayırdı. Evinə işməli suyu, ailə üzvlərini lazımi yerlərə aparıb-gətirilməsi, şəxsi təsərrüfatına “canlı və cansız” texnikalardan istifadə etməsi rəisin üzünə gün doğdurdu. Strateji əhəmiyyətli binaların özəlləşdirilməsi qadağan olduğu halda, telekommunikasiya qovşağına bitişik ikimərtəbəli binanın özəlləşdirilməsi və onun kirayəsindən gələn gəlirdən səmərəli istifadə edilməsi, Nizaməddin Məmmədovun birbaşa “qoçulugundan” xəbər verdi.
Məmmədov Qazaxın Çaylı kənd ərazisindən əkin sahəsin üçün hektarlaarla torpaq alıb. 3 hektara yaxın sahəni üzüm bağına çevirib. Sahəni muzdlu fəhlələrin köməyi ilə beçərtdirir. Nizaməddin Məmmədovla üzüm sahəsində işlətdiyi işçilər arasında heç bir əmək müqaviləsi belə olmur.
Nizaməddin Məmmədov istər yaşadığı evin yəmirində, istərsə də şəxsi təsərrüfatında tabeçiliyində olan işçilərin əməyindən istifadə edir, onları qul kimi işlədir.
Görəsən, bu qədəır vəsait bir idarə müdirindəı hardandır? Həkimdə və müəllimdə korrupsiya axtaranların diqqətindən niyə belə görünən məsələlər yayınıb?
Nizaməddin Məmmədov 2012-ci ildə qovşağın inzibati binasının dam örtüyünə ayrılmış 500.000 manat vəsaitdən də xeyli mənimsəyib. Hərçən ki, bu təmir nazirliyin hesabına olsa da, iş başa çatdıqdan sonra bina Qazağın olduğu üçün qiymətli formalara Nizaməddin Məmmədov da imza atıb.
Qazax əhalisinin, xüsuusilə də kənd sakinlərinin telefon xətlərində olan problemlər, bəlkə də heç bir rayonda yoxdur. Əhali bütün günü internet sistemindən şikayətlidir. Kənd yerlərində aylarla telefon xətləri işləməyənlər var. Elm və tenikanın inkişaf etdiyi bir zamanda, yəni kosmos əsrində belə özbaşınalıqlar dözülməzdir. Müvafiq orqanlar isə “qoçu Nizaməddin”in əli ilə çörək yediklərinə görə, bu barədə şikayətlərə rayonda baxan yoxdur. İş o yerə qalıb ki, kəndlərdə telefon xətləri ya işıq dirəklərinə, yaxud da lobya payasına bağlanıb. Səbəbi isə, Nizaməddin Məmmədovun kabel və dirəklərin satışından gələn gəlirləri şəxsi “torbası”na yığmaqdır.
P.S. Mövzuya aid müxtəlif səpgidə materiallar hədsiz çoxdur.
Qarşı tərəfin fikrini də dinləməyə hazırıq

Teref.info