Ağdamda məktəb direktoru müavini xanımına görə döyüb? - TƏFƏRRÜATLAR
6-10-2016, 14:40
Oxunub: 3 276
Ağdamda məktəb direktoru ilə digər məktəbin direktor müavini arasında baş verən dava ilə bağlı Ağdam rayon Polis Şöbəsində araşdırmalar davam edir
Bu barədə Trend-ə Ağdam rayon Təhsil Şöbəsinin müdiri Mətanət Misirxanova məlumat verib.
M.Misirxanova bildirib ki, döyülmə hadisəsinin olması faktı var və bu barədə araşdırmalar davam etdirilir: “Səfərli kənd orta məktəbinin direktor müavini Şirazi Ağayev məktəbin tarix müəlliməsi Şahnaz Əliyevanın dərsi icazəsiz tərk edib evə getməsi barədə məktəb direktoruna məlumat verib. Məktəbin direktoru da bununla bağlı jurnalda qeyd aparıb. Şirazi Ağayev bu barədə müəllimənin həyat yoldaşı Fəqan Səfərova da telefonla məlumat verib və sonra özü direktordan icazə alıb məktəbdən çıxıb. Direktor müavini icazə səbəbi kimi vacib işinin olmasını göstərib".
M.Misirxanovanın sözlərinə görə, Ş.Ağayev iddia edir ki, o kəndin kənarında F.Səfərovla rastlaşıb və direktor onu döyüb: "Baharlı kənd orta məktəbinin direktoru Fəqan Səfərov isə iddia edir ki, o, Səfərli kənd orta məktəbinin direktor müavini Şirazi Ağayevi görməyib, onu döyən guya özü yox, qardaşı olub. Amma döyülən direktor müavini məhz Fəqan Səfərov tərəfindən döyüldüyünü bildirib. Məsələ ilə bağlı polisdə başlanan araşdırma zamanı Fəqan Səfərovun qardaşı izahatında direktor müavinini döydüyünü etiraf edib, məktəb direktoru isə hadisədən xəbərsiz olduğunu deyib".
Təhsil Şöbəsinin müdiri əıavə edib ki, hazırda iş təhqiqat mərhələsindədir və yekunlaşandan sonra hadisənin necə baş verdiyi müəyyənləşəcək.
M.Misirxanova deyib ki, hadisə ilə bağlı Baharlı kənd orta məktəbinin direktoru F.Səfərov və döyülən direktor müavini Ş.Ağayevlə fərdi söhbət aparıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər