BolgeXeber.Com » Xəbərlər » Şagird müəllimini yumruqla döydü-VİDEO

Şagird müəllimini yumruqla döydü-VİDEO

10-10-2016, 13:30
Oxunub: 2 293 Şagird müəllimini yumruqla döydü-VİDEORusiya Federasiyasında yaşanan bir hadisə dünya mediasında böyük əks-səda doğurub

A24.az xəbər verir ki, Yakutianın “Neryungri ” şəhərində mobil telefonla çəkilən görüntülərdə bir müəllimin dərsdə qulaqcıq taxan şagirdinə hirsləndiyi görünür. Müəllim dartaraq qulaqcığı oğlanın qulağından çıxardır. “Oyuncağının” qopduğunu sanan şagird yaşlı müəlliminə hücum edib.

Müəlliminə bir yumruq atan şagird ikinci zərbəni endirərkən sinif yoldaşları tərəfindən saxlanılıb. Şagirdlərin bir qismi yoldaşlarını sinifdən çıxardıblar. Yaşlı müəllim hadisə ilə bağlı şikayətçi olmayıb. Lakin görüntülər internetə düşəndən sonra hadisə ilə bağlı araşdırılma aparılmağa başlayıb.