BolgeXeber.Com » Xəbərlər » “Ştutqart” mağazalar şəbəkəsinin müdürü:"...əcəb etmişik. Kimə istəyirsən şikayət et"
“Ştutqart” mağazalar şəbəkəsinin müdürü:"...əcəb etmişik. Kimə istəyirsən şikayət et"
11-10-2016, 15:55
Oxunub: 3 279
Maliyyə böhranının hökm sürdüyü bir ərəfədə bəz işbazlar da vətəndaşları aldatmaqla məşğuldur
Hökumət ciddi-cəhdlə vətəndaşların sosial vəziyyətini yaxşılaşdırmaq üçün tədbirlər gördüyü halda bu işbazlar əhali arasında narazılıq yaradır. Bu faktiki olaraq təxribatdır. Konkret faktlara gəlincə, bu sırada Bakıda fəaliyyət göstərən “Ştutqart” mağazalar şəbəkəsini göstərmək olar. Binəqədi sakini Emin Abıyev müraciətində deyir ki, bu mağazalar şəbəkəsi vətəndaşları aldadaraq keyfiyyətsiz məhsullar satır: “Avtomobilim üçün bu şəbəkənin Azərbaycan Nəşriyyatı ilə üzbəüz yaşayış binasının aıtında fəaliyyət göstərən mağazasından detal aldım. Mağazada həmin detalın orijinal olduğunu bildirsələr də, bir neçə gün sonra məlum oldu ki, keyfiyyətsizdir”. Emin Abıyev aldığı məhsulun keyfiyyətsiz olduğunu biləndən sonra “Ştutqart” mağazasına gedib. İradlarını mağazanın satış şöbəsinin Hikmət adlı müdirinə və Elmir adlı satıcıya bildirib. Vətəndaş düşünüb ki, ondan üzr istəyərək bu xoşagəlməz olayı yoluna qoyacaqlar: “Lakin bunun əksi baş verdi. Mənə dedilər ki, bu detal “kitayski”dir. Nahaq almısan. Dedim axı məhsulun “kitayski” olduğu barədə mənə məlumat verilməyib. Əksinə deyilib ki, orijinaldı. Onlar isə dedilər ki, ümumiyyətlə, əcəb etmişik. Kimə istəyirsən şikayət et. Mənə bildirdilər ki, güclü himayədarları var”. Göründüyü kimi vətəndaşları aldadan mağazanın güclü himayədarları var. Görünür bu şəxslərin Prezindet İlham Əliyevin keçirdiyi müşavirələrdə etdiyi çıxışlardan xəbərləri yoxdur. Prezident dəfələrlə bəyan edib ki, məmurlar da, sahibkarlar da vətəndaşları narazı salmamlıdır. Onlara layiqincə xidmət göstərməlidir. Prezidentin çıxışlarında vətəndaşların hüquqlarının qorunması həmişə prioritet təşkil. Lakin bu adamlar ya görünür bu çıxışları izləməyib, ya da sadəcə himayədarlarına güvənərək belə addımlar atırlar.gundelik-baku.com/
Teref.info olaraq qarşı tərəfin fikirlərinə yer verməyə hazırıq!
Çox Oxunanlar
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər
- 17-06-2025, 12:17 : İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Bölgə / Xəbərlər