BolgeXeber.Com » Xəbərlər » Abşeronda 25 yaşlı oğlan iş adamını güllələyib

Abşeronda 25 yaşlı oğlan iş adamını güllələyib

12-10-2016, 11:21
Oxunub: 1 721 Abşeronda 25 yaşlı oğlan iş adamını güllələyibAbşeron rayonunda qətl törədilib

Rayon prokurorluğundan APA-ya verilən xəbərə görə, Qobu qəsəbəsində qəsəbə sakini, 1975-ci il təvəllüdlü Rövşən Rafiq oğlu Abbasov odlu silahla qətlə yetirilib. Keçirilən əməliyyat tədbirləri nəticəsində hadisəni qəsəbə sakini, 1991-ci il təvəllüdlü Tural Zakir oğlu Əlizadənin törətdiyi müəyyənləşib. Şübhəli şəxs qismində saxlanılan T. Əlizadədən hadisə zamanı istifadə etdiyi “Vinçester” markalı silah götürülüb.

Qətli şəxsi münaqişə zəminində törədildiyi bildirilir. Faktla bağlı cinayət içi başlanıb, araşdırma aparılır.

Öldürülən şəxsin iş adamı olduğu qeyd olunub.