BolgeXeber.Com » Xəbərlər » "O səs Türkiyə"yə getmək üçün azərbaycanlılardan 1000 dollar rüşvət istəyirlər - SƏRT İTTİHAM
"O səs Türkiyə"yə getmək üçün azərbaycanlılardan 1000 dollar rüşvət istəyirlər - SƏRT İTTİHAM
12-10-2016, 11:56
Oxunub: 2 085
Azərbaycanlı gənc müğənnilərin ən çox müraciət etdiyi yarışmalardan olan "O ses Türkiyə"dən narazılıq var
Bolgexeber.com yazır ki, gənc müğənni Mehman Elmanoğlunun azxeber.com-a verdiyi məlumata görə, yarışmaya qatılmaq üçün azərbaycanlılardan rüşvət tələb olunur. Onun dediyinə görə, bu addım son vaxtlar ölkəmizdən bu yarışmaya kütləvi qatılmaların qarşısını almaq üçün atılıb: "Mənim dostlarımdan biri bu yarışmaya getmək üçün forumu doldurdu, sonra ona zəng gəldi ki, səni Türkiyəyə dəvət edirik ancaq yarışmaya qatılmaq üçün 1000 dollar (1600 manat) pul verməlisən" Mehman Elmanoğlu deyib ki, bu xəbəri eşidən sonra yarışmaya qatılmaqdan imtina edib: "Əslində, mən də ora getmək istəyirdim, ancaq bu xəbər məni sarsıtdı və "O ses Türkiyə"yə olan inamım öldü" Qeyd edək ki, "O ses Türkiyə"yə xarici ölkələrdən ən çox Azərbaycandan müraciət olur, həmyerlimiz Elnur Hüseynov bir neçə il öncə bu yarışmanın qalibi olub. Məhz bundan sonra Türkiyə mediası yarışmanı və yarışmanın təşkilatçısı Acun Ilıcalını kəskin tənqid etmişdir. Görünən budur ki, təşkilatçılar xarici ölkələrdən gələnlərin qarşısını almaq üçün belə addım atıb.
Çox Oxunanlar
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman
- 19-04-2024, 17:23 : Xınalığa dolu düşüb
Bölgə
- 6-05-2024, 14:39 : Ölkəmiz regionda bir çox regional və qlobal təşəbbüslərin müəllifidir
Analitika / Xəbərlər