Balaca möcüzənin şahidi oluruq - Prosineçki
12-10-2016, 14:55
Oxunub: 2 835
"Oyundan qabaq demişdim ki, bizi çətin sınaq gözləyir. Bunun şahidi olduq”
Bolgexeber.com-un apasport.az-a istinadən məlumatına görə, bu sözləri Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki deyib.
DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Çexiyanın qonağı olan millimiz növbəti uğurlu nəticəyə imza atıb. Komandamız çətin səfər qarşılaşmasından 1 xalla ayrılıb – 0:0.
Matçdan sonra keçirilən mətbuat konfransında Prosineçki nəticəni belə şərh edib: "Çexiya həmişə güclü komanda olub. Söz vermişdim ki, Azərbaycana yaxşı nəticə ilə qayıtmaq üçün əlimizdən gələni edəcəyik. Buna nail olduq. Futbolçularımı təbrik edirəm. Belə hava şəraitində oynamaq heç də asan deyildi. Azərbaycana gələndən optimist idim. Deyirdim ki, bu futbolçular böyük nəticə əldə edə bilərlər. Artıq balaca möcüzənin şahidi oluruq. Azərbaycanlı futbolsevərlər üçün böyük gün idi”.
Prosineçki qeyd edib ki, artıq diqqətini Şimali İrlandiya ilə oyuna yönəldib: "3 oyundan sonra hesabımızda 7 xal var. Qapımızdan qol da buraxmamışıq. Gələn ay Şimali İrlandiya ilə vacib oyunumuz olacaq. İndidən bütün diqqətimizi bu matça yönəltməliyik. Ordan da yaxşı nəticə ilə qayıtmağa çalışacağıq”
Çox Oxunanlar
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər
- 17-06-2025, 12:17 : İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Bölgə / Xəbərlər