"Armo Store" vətəndaşlara qənim kəsilib? - FOTOFAKT
13-10-2016, 10:18
Oxunub: 4 142
Adda-budda fəaliyyət göstərən marketlərə qətiyyən nəzarət olunmur
Ölkə əhalisinin sağlam və təmiz məhsullarla təmin edilməsi ölkə rəhbəri İlham Əliyevin həmişə diqqət mərkəzində dayanır.Prezident dəfələrlə bildirir ki, insanları əsasən də uşaqları sağlam qida ilə təmin etmək lazımdır. Amma Azərbaycandakı əksər supermarketlər bu qaydaları kobud şəkildə pozur, nəinki məhsulun qiymətinə nəzarət etmir, əksinə keyfiyyətə belə nəzarət edən yoxdur.
Təxminən bir il əvvəl ölkənin süpetmarketlər şəbəkəsinə “ARMO STORE” adlı bir market daxil oldu. Bu il ərzində ciddi uğur qazana bilməyən “ARMO STORE” şəbəkəsi mağaza sayını artıra bilmədi.
Adda-budda fəaliyyət göstərən bu marketlərə isə qətiyyən nəzarət olunmur. Çox ciddi məmurların birinə məxsus olan bu marketlər şəbəkəsinə heç qaşın üstə gözün var deyən də yoxdur. Elə buna görədir ki, marketdəı olan məhsulların istifadə tarixinə belə fikir verilmir.
Sizə tədqim olunan 100 qr-lıq Tulçinka yağı sözügedən marketdən alınıb. Bunu əlimizdə olan qəbz də təqsdiq edir. Yağ istifadəyə tamamilə yararsızdır və kiflənmiş və kəskin qoxulu haldadır.
Məlumat üçün bildirək ki, “ARMO STORE” şəbəkəsində bu kimi hallar tez-tez baş verir. Ən qəribəsi odur ki, neqativlərin aradan qaldırılması üçün heç bir ciddi addım atılmır.
Bizimxeber.az



Çox Oxunanlar
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər
- 17-06-2025, 12:17 : İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Bölgə / Xəbərlər