BolgeXeber.Com » Xəbərlər » Azərbaycanda daha bir telekanalın fəaliyyəti dayandırıldı

Azərbaycanda daha bir telekanalın fəaliyyəti dayandırıldı

13-10-2016, 14:17
Oxunub: 2 254 Azərbaycanda daha bir telekanalın fəaliyyəti dayandırıldıAzərbaycanda fəaliyyət göstərən daha bir televiziya kanalının yayımı dayandırılıb

Unikal.org-un əldə etdiyi məlumata görə, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "İnteraz" telekanalının "Azərspace" peykində yayımının dayandırılması ilə bağlı qərar qəbul edib.

Bu gün axşam saat 18:00 radələrindən etibarən kanal yayımdan çıxarılıb. Nazirliyin hansı səbəbdən belə bir qərar verməsi hələlik açıqlanmır.