BolgeXeber.Com » Xəbərlər » Atası kimi onun da "günəşi batır"... - Qolf Federasiyasından qovula bilər

Atası kimi onun da "günəşi batır"... - Qolf Federasiyasından qovula bilər

14-10-2016, 09:49
Oxunub: 2 550 Atası kimi onun da "günəşi batır"... - Qolf Federasiyasından qovula bilərAvropa Azərbaycan Cəmiyyətinin təsisçisi və sədri, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərova yeni vəzifə verilə bilər

Hurriyyet.org-a daxil olan məlumata görə, o, Azərbaycan Qolf Federasiyasına rəhbər təyin oluna bilər. Belə ki, hazırkı fəaliyyəti ilə bağlı mətbuata heç bir rəsmi məlumat verilməyən federasiyanın rəhbərliyinə bir neçə namizəd var. Onlar arasında bu vəzifəyə ən real namizəd kimi isə Tale Heydərovun adı çəkilir.

Bununla bağlı yaxın zamanda onun özü ilə də müzakirə aparılacağı, razılaşacağı təqdirdə növbəti ilin ilk ayından rəsmi olaraq həmin posta təyinat alacağı bildirilir.
Məlumat üçün bildirək ki, bu posta “Azərsun Holding”in prezidenti Abdulbari Gözəlin gətiriləcəyi iddia olunurdu. Buna səbəb isə şirkətin Binə qəsəbəsində “Dreamland Golf Club” açması idi. Ancaq A.Gözəl mətbuata açıqlamasında federasiyaya prezidentlik iddiasında olmadığını bildirib.

Qeyd edək ki, Qolf Federasiyasının əvvəlki sahibi nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov idi.