"Unibank"ın borclarını idmançı gənclər yığacaq - RƏZALƏT...
15-10-2016, 12:00
Oxunub: 2 094
“Unibank” ın verdiyi işçi elanı cəmiyyətdə birmənalı qarşılanmayıb
Bank problemli kredit şöbəsində idmançı gənclər üçün vakansiya olduğunu bildirib. Maraqlıdır, bank idmançı gəncləri nəyə görə işə dəvət edir, xarici ölkələrdə problemli kreditlər necə yığılır?
İqtisadçı ekspert Əkrəm Həsənov Moderator.az-a açıqlamasında bildirdi ki, bankın bu addımı qanunsuzluqdur:
“Görünən odur ki, bank qanuni yollarla kreditləri toplamaqdan imtina edib. Onlar artıq hədə-qorxu variantına üstünlük verməyə başlayıblar. Bu isə qanunsuz addımdır. İnsanlarımız artıq maariflənib, məhkəmələrdən çəkinmirlər, ona görə də bank bu addımı atıb. Hesab edirəm ki, müəyyən mənada bu insanlarımızın qələbəsidir. Deməli, artıq qanunlar işləməyə başlayıb. Bu isə banklara sərf etmir.
Bankla borc problemi olan şəxslər belə qoçu dəstələri ilə heç bir təmasa girməməlidirlər. Məhkəmə var, qanun var, problemi məhkəmə həll etməlidir. Borclulara hər hansısa formada təzyiq olduqda onlar polisə müraciət etməlidir. Bütün dünyada borcun yalnız bir qaytarma yolu var - məhkəmə. Əgər borclu borcunu qaytara bilmirsə bu zaman borc batır. Bu zaman bank günahı özündə axtarmalıdır. Kredit verilən zaman müştəri düzgün təhlil edilməlidir.”
Çox Oxunanlar
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman
- 19-04-2024, 17:23 : Xınalığa dolu düşüb
Bölgə
- 6-05-2024, 14:39 : Ölkəmiz regionda bir çox regional və qlobal təşəbbüslərin müəllifidir
Analitika / Xəbərlər