BolgeXeber.Com » Xəbərlər » “Deputatın dediyi böhtandır...” - Depozitlərin 0.78-lə qaytarılmasına rəsmi reaksiya
“Deputatın dediyi böhtandır...” - Depozitlərin 0.78-lə qaytarılmasına rəsmi reaksiya
24-10-2016, 14:53
Oxunub: 2 872
Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov ləğv edilmiş “ Bank Standard”da əmanətlərin 0,78 məzənnəsi ilə qaytarılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib
A. Cavadov “Qafqazinfo” ya açıqlamasında qeyd edib ki, “Əmanətlərin sığortalanması haqqında” qanunun 27- ci maddəsinə əsasən əmanətlər sığorta hadisəsi baş verdiyi günə Mərkəzi Bankın müvafiq valyutalar üzrə müəyyən etdiyi rəsmi məzənnələr əsasında hesablanmış çarpaz məzənnə üzrə hesablanır və ödənilir: “Bank Standard” da sığorta hadisəsi də oktyabrın 4-də baş verib. Həmin gün məzənnə 1.6115 olub. Necə ola bilər ki, 0,78 məzənnəsi ilə qaytarılsın. Qanun var, belə şeyin olması qeyri- mümkündür. Biz hər hər gün nə qədər əmanətçinin əmanətini qaytarırıq. Heç kimin başına belə hadisə gəlməyib. Bir tək Gülər Əhmədovanınmı başına gəldi bu? Gülər Əhmədova özü deputat olduğu dövrdə, həmçinin Vahid Əhmədov da bu qanuna səs veriblər. Bunlar böhtandır, absurddur. Qanunu açıb oxumaq lazımdır, onun maddəsini kim poza bilər ki? Mən bu problem mətbutada işıqlandırılandan sonra Vahid Əhmədovun özü ilə də danışdım. Ola bilər ki, jurnalistlər yanlış başa düşüb. Millət vəkili özü səs verdiyi qanunla bağlı belə bir şey deyə bilməz”.
Xatırladaq ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin ötən həftə keçirilən iclasında millət vəkili Vahid Əhmədov qeyd edib ki, keçmiş millət vəkili Gülər Əhmədovanın ləğv edilmiş “Bank Standard”a qoyduğu 27 min ABŞ dolları məbləğindəki depozitini 0,78 məzənnəsi ilə qaytarmaq istəyirlər.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər