BolgeXeber.Com » Xəbərlər » Ucar sakini çıxılmaz durumda... - "Qaçqınkom" şefindən kömək istədi(FOTO)

Ucar sakini çıxılmaz durumda... - "Qaçqınkom" şefindən kömək istədi(FOTO)

25-10-2016, 11:16
Oxunub: 3 526 Ucar sakini çıxılmaz durumda... - "Qaçqınkom" şefindən kömək istədi(FOTO)"Mən döyuş bölgəsindən qayıtdıqdan sonra, mənzilimdə Ağdamdan olan məcburi köçkün Abbasov Ərəstun Əşrəf oğlunun ailəsinin məskunlaşdığının şahidi oldum"

Ucar rayonu H.Əliyev prospekti ev 134 mənzil 4 sakini Qarabağ müharibəsi veteranı Həsənov İlham Əmiraslan oğlu Bolgexeber.com-a şikayət ərizəsi ilə müraciət edib. Ərizədə deyilir:

"Şirvan İnzibati-İqtisadi məhkəməsinin hakimi Elxan Əmrəliyevin məhkəmə qərarının məntiqi nəticəsinə görə, Dağlıq Qarabağda bu gun ermənilər yaşadığı üçün, bu ərazi azərbaycanlılarla mubahisə predmeti ola bilməz və azərbaycanlıların bu torpaq uğrunda mubarizəsi mumkun sayıla bilməz. Həmin yaşayış sahəsi boş olduğu halda, iddia mumkun sayıla bilər.

Sizə bildirirəm ki, DİN-nin 27. 09. 1993-cu il tarixli 3538 nömrəli məktubu və Ucar RPŞ-nin 22. 12. 1993-cu il tarixli, 189 nömrəli sərəncamı əsasında Ucar şəhərində, Ucar rayon polis işçiləri uçun 11 ailəlik yaşayış binası tikilərək polis işçilərinə verilmişdir. Həmin binadan mən- Həsənov İlham Əmiraslan oğluna da, işimdəki əzmkarlığa və Qarabağ döyuş zonasında bir rota komandiri kimi döyuşlərdə şucaətimə görə 4 otaqlı mənzil verilmişdir. Həmin bina 1993-cu ildən Ucar rayon icra hakimiyyətinin balansındadır və Ucar RİH-nin 22. 12. 1993-cu il tarixli 189 saylı sərəncamı ilə Ucar RİH-nin mənzil komissiyasının 02. 12. 1993-cu il tarixli 3 saylı iclasının qərarı təsdiq edilmiş, və 22. 12. 1993-cu il tarixdə mənim və ailə uzvulərimin adına 133 nömrəli order yazılmışdır. Həmin vaxtlar mən 1994-cu ilin iyun atəşkəsinə qədər, döyuş bölgələrində rota komandiri rutbəsində daimi xidmət etməyimlə əlaqədar azyaşlı uşaqlarım anaları ilə birlikdə, valideynlrimin yanında qalırdılar".

Daha sonra daxil olan müraciətdə qeyd olunur: "Mən döyuş bölgəsindən qayıtdıqdan sonra, mənzilimdə Ağdamdan olan məcburi köçkün Abbasov Ərəstun Əşrəf oğlunun ailəsinin məskunlaşdığının şahidi oldum. Dövlətimizin məcburi köçkünlərə qarşı humanist siyasətinə görə, mən bu illərə kimi onları öz mənzilimdən çıxara bilmirdim. Lakin dövlətimizin məcburi köçkünlər uçun yaratdığı şəhərciklərdən sonra, onların yeni mənzillərlə təmin olunduğnu gördukdən sonra, mən mənzilimdəki məcburi köçkün Ərəstiun Abbasovun da mənzilimi boşaltmağı ondan xahiş etdim. O, mənim mənzilimi boşaltmaq uçun məndən 25 min manat pul istəyir, ya da, deyir ki, mənə ev lazımdırsa, Ağdamdakı onun evini ermənilərdən alıb yaşayım. Ona görədə mən, Şirvan İnzibati-İqtisad məhkəməsinə muraciət etdim.Lakin, Sirvan İnzibati-İqtisad məhkəməsinin hakimi Elxan Əmrəliyevin öz duşuncəsinə əsasən, gəldiyi qərara görə, mənim adıma orderin olmasına baxmayaraq, hazırda həmin mənzildən istifadə edən Ağdam məcburi köçkünü olduğu uçun, mənim adıma mənzil kirayə muqaviləsi bağlana bilməz. Həmin yaşayış sahəsi boş olduğu halda mənim iddiam mumkun sayıla bilər. Deməli, onun qərarından belə məntiqi nəticə çıxır ki, Dağlıq Qarabağ nə vaxt boş olarsa, onda biz azərbaycanlılar öz torpağımıza yerləşə bilərik. Bu torpaqların qanunla bizim millətin olmasının heç bir qanuni əhəmiyyəti yoxdur. ?Belə şərəfsiz hakimlərin çıxardığı qərarlara görə, köçkün Ərəstun Abbasovun mənə təklif etdiyi Ağdamdakı evinə də mən, ermənilər Ağdamdan kefi istəyən vaxt çıxanda sahib ola bilərəm. Qarabağ da onun kimi. Artıq mən əminəm ki, belə şərəfsiz hakimlər Azərbaycan xalqının muqəddərati və taleyi ilə alver etdikləri uçun, biz nə evimizi, nə də torpaqlarımızı azad edə biləcəyik".

Narazı vətəndaş yolladığıməktubunu belə bitirir: ""Qaçqınkom" rəhbəri Əli Həsənovdan xahiş edirəm, məcburi köçkünlər üçün inşa edilən mənzillərdən birini də ağdamlı qaçqın Ərəstun Abbasova versin. Bu məcburi köçkün artıq bir evin pulunu rüşvətxor məhkəmə hakimlərinə verib, məni haqsız çıxartdıra bilib".

Bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Bolgexeber.com
Ucar sakini çıxılmaz durumda... - "Qaçqınkom" şefindən kömək istədi(FOTO)
Ucar sakini çıxılmaz durumda... - "Qaçqınkom" şefindən kömək istədi(FOTO)
Ucar sakini çıxılmaz durumda... - "Qaçqınkom" şefindən kömək istədi(FOTO)
Ucar sakini çıxılmaz durumda... - "Qaçqınkom" şefindən kömək istədi(FOTO)