BolgeXeber.Com » Xəbərlər » “Evrostroy” vətəndaşları necə aldadır? - Prezidentin göstərişi ilə alimlər üçün tikilən bina qəzalı vəziyyətdə

“Evrostroy” vətəndaşları necə aldadır? - Prezidentin göstərişi ilə alimlər üçün tikilən bina qəzalı vəziyyətdə

25-10-2016, 18:29
Oxunub: 2 286 “Evrostroy” vətəndaşları necə aldadır? - Prezidentin göstərişi ilə alimlər üçün tikilən bina qəzalı vəziyyətdə "Evrostroy” şirkətinin Milli Elmlər Akademiyasının əməkdaşları üçün inşa etdiyi binanın bir hissəsi yağış sularının qurbanı olub

Dia.az xəbər verir ki, unikal.org-un əldə etdiyi məlumata görə, hadisə Yeni Yasamal Əsəd Əhmədov küçəsindəki tikilidə qeydə alınıb. Sakinlərin dediklərinə görə, bina 2014-cü ildə təhvil verilməli olduğu halda, hələ də onlar evlərinə köçə bilmirlər.Bir neçə gün əvvəl yağan güclü yağışlar zamanı binanın dam örtüyü vurulmadığından yuxarı mərtəbələrdə təmir olunan evlərə ciddi ziyan dəyib. Sakinlər bildiriblər ki, şirkət təmirə başlamaq üçün vətəndaşlarla təmir müqaviləsi də bağlayıb. Onları isə bir sual maraqlandırır.Sakinlərlə təmir müqaviləsi bağlanıb təmirə icazə verilirsə, nə üçün binanın dam örtüyü vurulmur?

Sakinlərin bu sualını "Evrostroy” rəsmilərinə ünvanlamaq üçün şirkətlə əlaqə saxladıq. Telefona cavab verən xanım bildirdi ki, rəhbərlik hazırda ofisdə deyil:”Bu cür sualları cavablandırmırıq. Sakinlərə nə lazımdırsa deyilib. Kiminsə sözü varsa, gəlsin rəhbərliklə görüşsün, həll etsin. Mətbuata əlavə açıqlama vermirik”.

İnşa olunan binadakı vəziyyətlə tanış olmaq üçün etdiyimiz müşahidələrə əsasən tikilinin birinci mərtəbəsində artıq, iaşə obyektlərinin fəaliyyətə başladığının şahidi olduq."Evrostroy” şirkətinin saytında isə qeyd olunur:
“Evrostroy” vətəndaşları necə aldadır? - Prezidentin göstərişi ilə alimlər üçün tikilən bina qəzalı vəziyyətdə

“Evrostroy” vətəndaşları necə aldadır? - Prezidentin göstərişi ilə alimlər üçün tikilən bina qəzalı vəziyyətdə
"Bu ilin (hansı ildən söhbət getdiyi məlum deyil-red.) aprel ayında Azərbaycan Milli Elmlər Akademiyasının illik ümumi yığıncağında iştirak edən Prezident Cənab İlham Əliyev alimləri narahat edən məsələlərdən biri – onların sosial vəziyyətlərinin yaxşılaşdırılmasının vacibliyini xüsusi qeyd etmişdir. Bundan sonra, şirkətimizin kollektivi Elmlər Akademiyasının işçiləri üçün inşa edilməsi hələ 1988-ci ildə nəzərdə tutulmuş yaşayış binasını tikərək mənzilləri bazar qiymətləri ilə deyil, maya dəyərinə verilməsi təşəbbüsünü irəli sürmüşdür. Bu təşəbbüs ölkə rəhbərliyi tərəfindən təqdir edilmişdir və hazırda Yeni Yasamal yaşayış massivində şirkət dövlətimizin dəstəyi ilə Azərbaycan Milli Elmlər Akademiyasının işçiləri üçün 15 mərtəbəli üç girişli yaşayış binasının inşasına başlayıb. Həmin binada hətta 40 ilə yaxın ev növbəsində olan elm adamlarının, akademik, professorların bütün müasir tələblərə cavab verən mənzillərlə təmin ediləcəyi çox önəmlidir.
“Evrostroy” vətəndaşları necə aldadır? - Prezidentin göstərişi ilə alimlər üçün tikilən bina qəzalı vəziyyətdə

TİKİNTİSİ YARIMÇIQ QALAN BİNA....
“Evrostroy” vətəndaşları necə aldadır? - Prezidentin göstərişi ilə alimlər üçün tikilən bina qəzalı vəziyyətdə
Bu layihənin həyata keçirilməsi Prezident İlham Əliyevin ziyalılara, alimlərə olan xüsusi diqqət və qayğı ilə yanaşmasının bariz nümunəsidir. Binanın tikintisində Fövqəladə Hallar Nazirliyinin mütəxəssislərinin yaxından kömək edərək dəyərli məsləhət və tövsiyyələrin verilməsi, Vergilər Nazirliyinin bu layihəni əlavə dəyər vergisindən azad etməsi, aparılan işlərə böyük dəstək olmuşdur.”