"Ərim Moskvadadır, eşitsə, onun başını əzəcək" -Şəbnəm gözünü yumub, ağzını açdı
26-10-2016, 13:57
Oxunub: 2 568
Müğənni məlumatı böhtan adlandırmış, belə bir şəxsi tanımadığını bildirmişdi
Xəbər verdiyimiz kimi, ötən müğənni Şəbnəm Tovuzlunun sevgilisinin Penitensiar Xidmətin 10 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi, ədliyyə polkovniki Eyvaz Əsgərovdun olduğu haqda məlumat yayılmışdı.
Müğənni məlumatı böhtan adlandırmış, belə bir şəxsi tanımadığını bildirmişdi.
Bu gün müğənni Şəbnəm Tovuzlu ədliyyə polkovniki Eyvaz Əsgərovu tanımadığını və məsələni məhkəmə yolu ilə həll edəcəyini dedi:
"Bu məlumat acığa yazılıb. Mən o şəxsin adını belə eşitməmişəm. Evimdə, ailəmdə, sakit həyatımı yaşayıram. Deyirəm, nə yaman maraqlı gəldim? Bu boyda müğənnilər var, niyə onlardan yazmırlar? Heç olmasa Allahdan qorxun. Onun dərsini verəcəklər. Mən də məhkəməyə verdim. Çox istəyirəm ki, adımın hallandığı həmin şəxs onun dərsini versin. Bu jurnalistlər çox baş qaldırıb, bunlardan birinin başını əzmək lazımdır. Əgər onlardan birinin başı əzilsə sakitləşəcəklər. Adıma yazmadıqları kimlər qalmadı. Mən dinmirdim, amma məcburam".
Ş.Tovuzlu hazırda həyat yoldaşının Moskvada olduğunu deyməklə yanaşı onun haqda yazılmış xəbərin müəllifini də hədələyib:
"Ordan eşidib. Əgər o burda olsaydı onu yazanın başını əzərdi. Onun dərsini verəcəklər. Onu bu Məhərrəmlik gününə tapşırmışam. Nədir, Şəbnəm-Şəbnəm düşüblər üstümə, bu boyda Aərbaycanın problemi yoxdur yazmağa? Mən istəyirəm ki, adım yanaşı çəkilən şəxs də bunu yazanı məhkəməyə verib, onu cəzalandırsın".(aznews.az)
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər