BolgeXeber.Com » Xəbərlər » Qalmaqal: Nazir rəsmi qəzetdəki müəllif yazısından xəbəri olmadığını bildirdi – FOTO
Qalmaqal: Nazir rəsmi qəzetdəki müəllif yazısından xəbəri olmadığını bildirdi – FOTO
27-10-2016, 15:58
Oxunub: 2 732
Azərbaycanın Təhsil Nazirliyi ilə “Respublika” dövlət qəzeti arasında Azərbaycan jurnalistikası tarixində indiyə qədər görünməmiş qalmaqal baş verib
Bu gün səhər saat 08:33-də qəzetin saytında təhsil naziri Mikayıl Cabbarovun “Müstəqillik illərində Azərbaycanda təhsilin inkişafı” başlıqlı müəllif yazısı dərc olunub. 40 min işarəlik nəhəng yazı indiyə kimi nəşrin saytındadır və artıq 32 dəfə oxunub.
Məqalə rəsmi üslubda yazılıb və Azərbaycanda təhsilin inkişafını nümayiş etdirən saysız-hesabsız statistik məlumatlarla zəngindir.
Lakin məqalə dərc edildikdən bir qədər sonra Təhsil Nazirliyinin rəsmi saytında Mikayıl Cabbarovun bu yazının müəllifi olmaması ilə bağlı təkzib yerləşdirilib.
“Respublika” qəzetinin 27 oktyabr 2016-cı il tarixli nömrəsində müəllifi təhsil naziri Mikayıl Cabbarov olduğu göstərilən “Müstəqillik illərində Azərbaycanda təhsilin inkişafı” adlı yazı dərc edilib. Təhsil Nazirliyinin Mətbuat xidməti bildirir ki, qeyd olunan yazı təhsil naziri Mikayıl Cabbarova aid deyil və onun hazırlanması ilə bağlı “Respublika” qəzetindən Təhsil Nazirliyinə heç bir müraciət olunmayıb”, – məlumatda deyilir.
Qeyd edək ki, adəti üzrə belə materiallar tərəflər arasında razılaşdırıldıqdan və yazıdakı faktlar dəfələrlə yoxlandıqdan sonra işıq üzü görür. “Respublika” qəzetində təhsil nazirinin adından onun müəllifi olmadığı yazının dərci qaydalardan kənara çıxan haldır.
Çox Oxunanlar
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər
- 17-06-2025, 12:17 : İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Bölgə / Xəbərlər