BolgeXeber.Com » Xəbərlər » Səhiyyədə növbəti RƏZALƏT - Təcili yardım briqadası xəstəyə saat yarıma yetişdi...
Səhiyyədə növbəti RƏZALƏT - Təcili yardım briqadası xəstəyə saat yarıma yetişdi...
28-10-2016, 09:53
Oxunub: 2 727
Görəsən dövlət başçısının ölkə səhiyyəsində baş verənlərdən müfəssəl məlumatı varmı?
Xəstə qıçın əvəzinə sağlam qıçı kəsməklə Azərbaycan səhiyyəsini dünyada büsbütün rüsvay edən bəlli olaydan sonra bu sahə barədə baş verənlər barədə nə yazılsa və deyilsə də azdır. Bu azmış kimi vəziyyət düzəlmək əvəzinə daha da acınacaqlı hal alır.
Elə gecə saatlarında Moderator.az-la əlaqə saxlayaraq fəryad edən şəhər sakini də bir suala cavab axtarırdı-
Görəsən dövlət başçısının ölkə səhiyyəsində baş verənlərdən müfəssəl məlumatı varmı? Varsa niyə təcili və təxirəsalınmaz addımlar atmır?
Yeri gəlmişkən, adı "təcili və təxirəsalınmaz" olsa da səhiyyənin bu sahəsində də anoloqu olmayan bərbad durum hökm sürür.
Bizə dərdini danışan vətəndaş deyir ki, həyat yoldaşının səhhətində ciddi problem yaşanması və qəflətən halının pisləşməsi səbəbindən axşam saat 21 radələrində təcili yardıma zəng edib və zəng qeydə alınıb. Amma bu zəngdən düz saat yarım sonra təcili yardım briqadası gəlib çıxıb. Birdən oxucular elə zənn edər ki, vətəndaş hansısa ucqarda yaşayır və bu üzdən yolların bərbad olması üzündən ağ xalatlı hippokratçılar çağırışa vaxtında yetişə bilməyiblər. Qətiyyən kimsə belə sadəlöhv düşüncədə olmasın. Çünki təcili yardım məntəqəsi ilə Bakının 9-cu mikrorayon, "Favorit" market yerləşən çoxmərtəbəli binanın arasında çox kiçik bir məsafə var. Amma bu məsafəni qət etmək üçün bu xidmətin cəfakeş əməkdaşlarına nə az - nə çox, düz saat yarım vaxt bəs etməyib.
Gerçəkdən də anoloqu olmayan səhiyyəmizin etibarlı əllərdə olmasının bundan parlaq sübutu ola bilərmi...?
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər