«O həkimi, Zaurun verişində gördük…»
28-10-2016, 20:02
Oxunub: 3 263
Qəzada xəsarət alan tələbə həkimdən şikayətçidir
Yol-nəqliyyat hadisəsi nəticəsində ağır kəllə-beyin travması alan, Şamaxı Dövlət Regional Kollecinin tələbəsi, 1993-cü il təvəllüdlü Masallı rayon sakini Hüseynova Ləman Cabbar qızı Ümid Reabiltasiya Mərkəzinin nevropatoloqu Agellos Anastasiyazisdən şikayətçidir. Bu barədə onun özü “Bizim Yol”a bildirib. 2009-cu ildə qəzaya düşüb ağır xəsarət alan L.Hüseynova 2015-ci ildə bu mərkəzdə müalicə almağa başlayıb. O, uzun müddət davam edən müalicənin səhhətində müsbət dəyişikliklərə səbəb olmadığını bildirib.
“Biz bu həkimi “ATV”-nin aparıcızı Zaur Baxşəliyevin verlişində görüb müraciət etdik. Həkim 5-6 ay ərzində məni əvvəlki vəziyyətimdə qaytaracağına söz verib pullarımı əlimdən aldı. Anam pulun yarsını geri almaq üçün müraciət etdi ki, məni başqa yerdə müalicə elətdirsin, amma vermədi. Mübahisələr yaşandı, həkim gərginliyik azalsın deyə bir müddət Rusiyada qaldı. Amma vəziyyət dəyişməyib.
Biz mənim müalicəm üçün mərkəzə 5000 manat ödəmişik, yəni hər gün əlli manat ödəniş tələb olunurdu. 1000 manat da Yaponiyadan gətirdiyi dediyi dərmanlara verdik. Ümumilikdə 6 min manat xərc çəkmişik”,-deyə L.Hüseynova bildirib.
Ümid Reabiltasiya Mərkəzinin nevropatoloqu Agellos Anastasiyazisin köməkçisi Gülnarə Abbasova isə bu ittihamları qəbul etmədi: “Ləman Hüseynova səhhətində irəliləyişlərin olduğunu deyirdi. Bu barədə əlimizdə videogörüntülər var. O, hətta öz saçını özü bağlaya bilirdi. Biz ona deməmişik səni özümüz kimi sağlam edəcəyik, biz demişik ki, səhhətində müsbətə doğru dəyişiklik olacaq.
Müalicənin effekti olub. Sadəcə onlara pul lazımdır. Bizdə isə vəsaiti geri qaytarmaq mümkün deyil”.


Çox Oxunanlar
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər
- 17-06-2025, 12:17 : İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Bölgə / Xəbərlər