BolgeXeber.Com » Xəbərlər » “İnsanların nəinki kitab, hətta qida almaq imkanları da çox məhduddur”

“İnsanların nəinki kitab, hətta qida almaq imkanları da çox məhduddur”

29-10-2016, 16:27
Oxunub: 2 432 “İnsanların nəinki kitab, hətta qida almaq imkanları da çox məhduddur” ""Çox geniş və gözəl mağaza olmasına baxmayaraq, satış zəifdir"

“Vəziyyət çox çətindi. Hazırki iqtisadi durumda insanların nəinki kitab, hətta zəruri qida almaq imkanları da çox məhduddur. Bu da bizim işimizi çətinləşdirir, satışa mənfi təsir göstərir. Avqust ayında “Gənclik Mall” alış-veriş mərkəzində daha bir mağazamızı açdıq. Çox geniş və gözəl mağaza olmasına baxmayaraq, satış zəifdir. İnanırıq ki, qarşıdakı aylarda vəziyyət tam yaxşı olmasa da, nisbətən normallaşacaq. Yay aylarında da bizim çətinliklərimiz çox oldu. Yenə də satış problemi yaşadıq. Ümid edirik ki, payız-qış aylarında vəziyyət normallaşacaq”.

Bunu Moderator.az saytına açıqlamasında “Əli və Nino” kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərli deyib. Onun sözlərinə görə, satışın zəif olmasına baxmayaraq, “Əli və Nino” əsasən gənclərdən, tələbələrdən ibarət olan oxucu kütləsi üçün əlverişli aksiyalar həyata keçirdilərini də qeyd edib:

“Elə bir ay yoxdur ki, biz hər hansı bir aksiya etməyək. Aydan –aya aksiyaları da dəyişirik ki, oxuculara da maraqlı olsun. Hazırda “dördüncü kitab 10 qəpiyə” aksiyası davam edir. Yəni, üç kitab alana oxucu dördüncü kitabı 10 qəpiyə, demək olar ki, havayı seçir.

Eyni zamanda bölgələrdə yaşayan oxucular üçün onlayn mağazamızda aksiya davam edir. Bu aksiya bitəndən sonra gələn həftə daha maraqlı aksiyaya başlayacağıq”.