Badamdarı sökürlər - FOTOLAR
31-10-2016, 12:42
Oxunub: 3 222
Səbail rayon İcra Hakimiyyətində yaradılmış işçi qrupu tərəfindən Badamdar qəsəbəsinin 3-cü yaşayış massivində torpaqların inventarlaşması aparılıb
Araşdırmalar zamanı müəyyən olunub ki, bu ərazidə, tikilməkdə olan su anbarlarının birbaşa yaxınlığında hektarlarla sahə müxtəlif şəxslər, işbazlar, torpaq alverçiləri tərəfindən saxta sənədlər əsasında zəbt olunub, ərazi hasarlanıb, bir çox yerlərdə qanunsuz tikinti işləri aparılıb. İşçi qrupun apardığı araşdırmaların nəticəsi olaraq İcra Hakimiyyəti tərəfindən burada hasarlanmış torpaq sahələrinin hasarlarının sökülərək ərazinin ilkin vəiyyətə gətirilməsi prossesinə başlanıb.
Bu barədə saytına Səbail rayon İcra Hakimiyyətindən məlumat verilib.
Bildirlib ki, Badamdar qəsəbə nümayəndəsi Zaur Əliyevin verdiyi məlumata görə, Səbail rayon İcra Hakimiyyəti tərəfindən bu işlərə texnika və işçi qüvvəsi cəlb olunub və bir neçə gün ərzində 3,4 ha ərazidəki hasarlar və qanunsuz tikililər sökülərək ərazi təmizlənib. Artıq 6 ha yaxın yeni ərazidə qeyri-qanuni zəbt olunmuş torpaq sahələrinin təmizlənərək dövlətə qaytarılması prossesinə başlanıb.
Araşdırmalar zamanı torpaq sahələrinin bəzi işbazlar və torpaq alverçiləri tərəfindən köhnə tarixlə hazırlanmış saxta sənədlər əsasında rəsmiləşdirilməyə cəhdlər olunduğu müəyyən olunub, qanunsuz torpaq zəbti və qeyri-qanuni tikinti işləri ilə bağlı materiallar və saxta sənədlər müvafiq tədbirlərin görülməsi məqsədi ilə Prokurorluq orqanlarına göndərilib.Səbail rayon İcra Hakimiyyəti tərəfindən Badamdar ərazisində qanunsuz torpaq sahələri zəbti və tikintilərlə bağlı araşdırmalar və torpaq sahələrinin inventarlaşdırılması işləri daha qətiyyətlə davam etdirilir.



Çox Oxunanlar
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər
- 17-06-2025, 12:17 : İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Bölgə / Xəbərlər